Icma.az
close
up
RU
Köçəryan və Sərkisyanın revanşist illüziyası Ermənistanı xaosa sürükləyir ŞƏRH

Köçəryan və Sərkisyanın revanşist illüziyası Ermənistanı xaosa sürükləyir ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Köçəryan və Sərkisyanın revanşist illüziyası, əslində, Ermənistanın keçmişdə apardığı yanlış və destruktiv siyasətin davamı kimi qiymətləndirilə bilər. Onlar hələ də reallığı qəbul etmək istəmir, 44 günlük müharibə nəticəsində yaranmış yeni geosiyasi vəziyyəti inkar edirlər. Bu şəxslər regionda sabitliyin bərqərar olmasında maraqlı deyil, əksinə, qarşıdurmanı yenidən canlandırmaq və Ermənistanda radikal dairələrin mövqeyini gücləndirmək istəyirlər. Məhz bu səbəbdən onların ritorikasında “itirilən torpaqlar”, “erməni kimliyinin müdafiəsi” və “qisas” kimi populist çağırışlar mühüm yer tutur. Köçəryan və Sərkisyan öz siyasi gələcəklərini yalnız gərginlik üzərində qurmağa çalışdıqları üçün, sülh və əməkdaşlıq prosesinə qarşı təbliğat aparırlar. Onlar sistemli şəkildə Qarabağ ermənilərini öz məqsədlərinə alət edir, kilsə institutundan isə cəmiyyət üzərində təsir vasitəsi kimi istifadə etməyə cəhd göstərirlər. Bu yolla həm ictimai fikri manipulyasiya edir, həm də Ermənistanın reallıqdan uzaq siyasi xəttini davam etdirmək istəyirlər.


Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərini qəbul etməkdən başqa yolu qalmayan Ermənistan hökuməti bu prosesin özü üçün faydalarını anlamağa başlayıb:


"Lakin Ermənistan dövlətində Azərbaycanla normallaşma gündəliyi ilə revanşist ideologiya arasında ziddiyyət mövcuddur. Buraya revanşistlər, köhnə Qarabağ klanı və revanşist ideologiyanı dəstəkləyən, uzun illər bu sistemi maliyyələşdirən və xaricdə lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslər daxildir. Onların 2023-cü ilin sentyabrına qədər müəyyən ümidləri olsa da, aparılan antiterror tədbirləri bu xam xəyalları birdəfəlik alt-üst etdi. Lakin bu gün də revanşist ruhlu insanlar, xüsusilə Robert Köçəryan və Serj Sarkisyan kimi siyasi reputasiyası zəiflədilmiş fiqurlar, Ermənistan əhalisinə- Qarabağdan gəlın ermənilərə müəyyən təsir imkanlarını saxlayır və Nikol Paşinyan hökuməti ilə mübarizədə görünür. Görünən odur ki, Ermənistan hökuməti həmin dairələrin təsirini aradan qaldırmaq üçün daxildə siyasi islahatlar həyata keçirir. Bu çərçivədə seçki sistemi, məhkəmə və hüquq-mühafizə orqanlarında təmizləmə işləri aparılır.

Təbii ki, bu addımlar kifayət deyil".


Analitik əlavə edib ki, Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır:

"Bu qeydlər keçmiş Ermənistan rəhbərlərinin revanşist əl işidir və bugünkü hakimiyyətin normallaşma siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi zəruridir. Eyni zamanda, təhsil və maarifləndirmə sahəsində gənc nəsillərə Azərbaycanla bağlı nifrət nitqinin yerinə tolerantlıq və sülh dəyərlərinin aşılanması vacibdir. Çünki gələcək nəsil ölkənin əsas hərəkətverici qüvvəsidir. Kilsənin Ermənistandakı rolunu nəzərə alaraq, onun siyasətdəki mənfi təsiri də azaldılmalıdır. Buna görə də Azərbaycanın səmimi siyasi təşəbbüsləri Ermənistan tərəfindən konstruktiv dialoq və qarşılıqlı etimad prinsipləri ilə dəstəkləməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri