Icma.az
close
up
RU
Köçəryanın azərbaycanlı atası yenə gündəmdə...

Köçəryanın azərbaycanlı atası yenə gündəmdə...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca, siyasi qüvvələr arasında mübarizə qızışır və bu da qarşılıqlı ittihamlara yol açır. Siyasi liderlər hətta bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Sanki iyunun 7-nə gedən yol “kim kimi daha ağır təhqir edəcək” müsabiqəsini xatırladır.
Bu “tamaşa”nın canfəşanlıq edən “qəhrəmanları”ndan biri isə eks-prezident Robert Köçəryandır. O, hazırkı baş nazir Nikol Paşinyanı ələ salır - gah “hambal”, gah “türk agenti”, gah da “Qarabağı satan adam” adlandırır.
Köçəryan eyni zamanda, Paşinyanın 300 min azərbaycanlını Ermənistana qaytamaq istədiyini iddia edir. Bu fonda digər eks-prezidentlər Levon Ter-Petrosyan və  Serj Sarkisyan, eləcə də iş adamı, baş nazir olmaq istəyən "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan da Paşinyana inamı sarsıtmaq üçün kəskin hücuma keçiblər.
7 iyun seçkiləri öncəsi Ermənistan siyasətində qəribə bir birlik yaranıb: illərlə bir-birinə düşmən olan siyasətçilər indi Paşinyan əleyhinə eyni cəbhədə dayanırlar.

Ermənistan siyasətində aktivləşən revanşistlər cəmiyyətə “azərbaycanlı” sözünü siyasi qorxu filmi kimi təqdim edirlər. Elə bil ölkədə iqtisadiyyat, korrupsiya, miqrasiya problemləri yox, yalnız “azərbaycanlı təhlükəsi” var. Revanşistlər “türk gəlir!” siqnalı ilə ermənilər arasında qorxu toxumu səpirlər.

Nikol Paşinyan isə rəqiblərinin cəfəng iddialar yaydıqlarını deyib. O seçicilərə səslənib:

"Yenə yalan, yenə axmaq təxribat... guya biz Ermənistana 300 min azərbaycanlı gətirməyə hazırlaşırıq. Təsəvvür edin: bu videonun TikTok, Facebook, Instagram və televiziyada reklamına 85 min dollar xərclənib, ümumi xərclər isə 200-300 min dollara çatır.

Amma... Ermənistan tarixində ilk dəfə olaraq, 2025-ci ildə ölkədən mühacirət dayandı. Repatriasiya prosesi başladı. Ermənilər Ermənistana qayıdırlar.

Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Köçəryan - bu üçbaşlı mafiya, bu müharibə partiyası... Onlar 30 il ərzində xalqımızın gələcəyini yeyiblər, xalqımızın həyatını məhv ediblər.

2026-cı il 7 iyunda siz seçki məntəqələrinə gedəcəksiniz və bu paslı mismarla həmin mafiyanı tarixinin rüsvayçılıq dirəyinə son dəfə mıxlayacaqsınız”.

Dorudan da əsl ironiyadır: Ermənistanı illərlə idarə etmiş adamlar indi ölkənin vəziyyətindən şikayət edirlər.
Bu arada Robert Köçəryanla bağlı da məşhur iddia - illərdir müxtəlif dairələrdə dolaşan söz-söhbət yenidən gündəmə gəlib. Söhbət “Köçəryanın azərbaycanlı kökü” məsələsindən gedir.
Robert Köçəryanın bioloji atasının azərbaycanlı olması barədə deyilənlər sosial şəbəkələrdə də müzakirə olunumaqdadır.
Burada ən böyük paradoks budur: Paşinyanı “türk agenti” adlandıran düşərgənin öz lideri haqqında da illərdir oxşar etnik şayiələr dolaşır. Ermənistan siyasəti artıq ideoloji mübarizədən çox, DNT laboratoriyasına bənzəməyə başlayıb. Sabah biri çıxıb siyasətçilərdən soy-kök arayışı tələb etsə, təəccüblənən olmayacaq.

Əslində bu hekayə Ermənistan siyasətinin psixoloji portretidir. Kiminsə “türkə oxşaması”, “türkə işləməsi” və ya “türkə salam verməsi” siyasi silaha çevrilib.

Robert Köçəryanın çıxışlarına baxanda belə təəssürat yaranır ki, Ermənistanda bütün problemlərin müəllifi Nikol Paşinyandır, özü isə müqəddəs siyasi monastırdan yeni çıxmış günahsız rahibdir. Halbuki Ermənistan xalqı çox yaxşı xatırlayır: oliqarxiya, korrupsiya, repressiya və klan sistemi məhz Köçəryan-Sarkisyan dövrünün “vizit kartı” idi.

Ermənistan seçkisinə baxanda bir həqiqət açıq görünür: ölkədə siyasi ideyalar tükənib, emosional manipulyasiya isə pik həddə çatıb. Kim daha çox qorxu yaradırsa, özünü daha böyük vətənpərvər kimi təqdim edir.

“Köçəryanın azərbaycanlı kökü” məsləsindən söz düşmüşkən, yəqin ki, bəziləri söhbətin nədən getdiyi barədə məlumatlıdırlar. Aşağıda bu məsləyə geniş toxunacağıq.
İddia ötən il hətta Ermənistan parlamentində belə müzakirə mövzusu olmuşdu. Ötən ilin elə bu ayında Ermənistan parlamentində Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın baş nazir Nikol Paşinyan haqda aşağılayıcı ifadələr işlətməsi vitse-spiker Akop Arşakyanı hiddətləndirmiş və ona atasının kimdən törədiyini xatırlatmışdı:

“Camaat Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyir, lakin biz bunu parlamentin tribunasından səsləndirmirik”, - deyə Arşakyan “Xocalı qatili” haqqında atmaca səsləndirmişdi.
Qeyd edək ki, Robert Köçəryanın əsl atasının azərbaycanlı olması ilə bağlı iddialar lap çoxdan yayılıb. Bu haqda əvvəllər həm Ermənistan, həm də Rusiya KİV-lərində, eləcə də sosial şəbəkələrdə müxtəlif informasiyalar ictimailəşdirilib.
Azərbaycanlı jurnalist Qalib Arifin 2021-ci ilin iyununda dərc etdirdiyi yazıda aşağıdakılar qeyd edilib:

“Robert Köçəryasnın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qadın olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib...
Qərəz, Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Köçəryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...

Amma daşın, divarın da qulağı var, deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı) əvvəl gənc müəllimə Emma Ohanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...
Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayırlar.
Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88-89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Qarabağa, Xankəndinə gedir. Burda Robert Köçəryana yeni həyat dastanı yazılır...”.

İddialara görə, jurnalist Qalib Arifin bəhs etdiyi Maarif müdiri Məmməd Məcidov (Robert Köçəryanın əsl atası), Daşkəsən Rayon Partiya Komitəsinin 2-ci katibi isə Əli Süleymanov olub. Onlar Robertin anası Emma Ohanyanın həyatına daxil olan ilk kişilər hesab olunurlar. Robert Köçəryanın sənədlərdə adı keçən "atası" Sedrak Köçəryan isə Emma Ohanyana onlardan sonra qovuşub.
O da söylənilir ki,  azərbaycanlılara qarşı nifrətlə dolub-daşan, Xocalı soyqırımı kimi vəhşiliyin təşkilatçılarından olan Robert Köçəryanın travması anası ilə bağlı hadisələrdən qaynaqlanır.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri