Icma.az
close
up
RU
Köçəryanın Paşinyana qarşı “səlib yürüşü”

Köçəryanın Paşinyana qarşı “səlib yürüşü”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oktyabrın 7-də keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar 2026-cı ildə gözlənilən parlament seçkiləri ilə bağlı siyasi palitranı müəyyənləşdirməyə imkan verir.

Köçəryan öz komandası ilə 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

“2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsir gücüm və seçicilərin bir hissəsini konsolidasiya etmək imkanım var. Təsəvvür edin ki, mən o zaman iştirak etməsəydim... Bizdə artıq 2018-ci ilin dekabr seçkiləri nümunəsi var. Nəticələrə baxın: parlament yaxşılaşıbmı?”, - Köçəryan əlavə edib.

Lakin o, sadəcə seçki kampaniyasında iştirakının yetərli olmadığını bildirib. Sabiq prezident ölkədə real dəyişikliklərə gətirib çıxara biləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid etdiyini qeyd edib.

“Mənim komandam seçkilərdə iştirak edəcək”, - Köçəryan vurğulayıb.

Keçmiş prezident seçkilərdə iştirakından danışaraq bildirib ki, daha çox səs toplaya bilsələr, başqa bir namizəd üçün kənara çəkilməyə hazırdır.

Robert Köçəryanın bu açıqlaması onun hakimiyyətə iddiasından geri çəkilmədiyini göstərir. Yəni eks-prezident növbəti seçkilərdə Rusiyanın və kilsənin dəstəklədiyi milyarder Samvel Karapetyana dəstək vermək niyyətində görünmür.

Köçəryan bununla başqa namizədə güzəştə getməyəcəyini və Paşinyana qarşı alternativ olmaq istəyini nümayiş etdirir. Onun başqa namizəd üçün geri çəkilməyə hazır olması barədə dedikləri isə daha çox seçkilərdə başqa müxalifət qruplarını öz tərəfinə çəkmək cəhdidir. 

Hətta 2021-ci ildən fərqli olaraq, Köçəryanın bu dəfə mandat qazanarsa, parlamentdə iştirak edəcəyi istisna olunmur. Bu, sabiq prezidentə baş nazirliyə namizədliyini irəli sürmək və həm də toxunulmazlıq statusu qazanmaq üçün lazımdır. Ancaq Köçəryanın Milli Məclisə gedib-getməyəcəyi onun toplayacağı səslərin sayından asılı olacaq.

2021-ci ildə keçirilmiş seçkilərdə Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku 21,4 faiz səslə 29 deputat yeri əldə etmişdi. Son rəy sorğuları isə göstərir ki, seçicilərin 6,4 faizi “Ermənistan” blokuna səs verməyə hazırdır. 

Müxalifətin özünün keçirdiyi gizli sorğuda isə Köçəryan cəmi 6 faiz reytinq qazanıb. Bu da 2021-ci ildə keçiriləcək seçkilərdə “Ermənistan” blokunun 7 faizlik seçki barajını aşa biləcəyinə şübhə yaradır. “Ermənistan” blokunda 15 deputata mandatına sahib olan “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının reytinqi isə 1,1 faizə düşüb. Bu da Köçəryanın qələbə şanslarını azaldan əlavə amilə çevrilib.

Eks-prezident Serj Sarkisyanla Robert Köçəryan arasında həm siyasi, həm də şəxsi ədavət davam edir. Ona görə də Sarkisyanın Köçəryanı dəstəkləməyəcəyi aydındır. Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası seçkilərə ayrıca qatılmaq istəyir. Bu konyuktur isə Baş nazir Nikol Paşinyan üçün çox əlverişlidir.

Müxalifət düşərgəsində müşahidə olunan siyasi pərakəndəlik Paşinyana seçkilərdə uğur qazanmağa kömək edəcək başlıca amildir. Xalq Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyətə qayıtmasını istəmədiyinə görə, eks-prezidentlərin seçkilərdə ciddi uğur qazanacağı ehtimalı çox aşağıdır. Mövcud reytinqlə Köçəryan seçki barajını keçməyi bacarsa, parlamentdə cəmi bir neçə deputat yeri qazana bilər. 

Serj Sarkisyanın partiyasına isə ermənilərin 1,8 faizi səs verməyə hazırdır ki, bu göstərici ilə növbəti parlamentdə yer almaq mümkünsüz görünür. Qarşıdan gələn seçkilərdə Paşinyan hakimiyyəti üçün əsas təhlükə Samvel Karapetyanın yaratdığı “Bizim yol” hərəkatıdır. Hazırda Karapetyana səs vermək istəyən erməni seçicilərin sayı 10-13 faiz arasında dəyişir. Bu isə Paşinyan üçün ciddi problem yaratmır.

Baş naziri narahat edən amil müxalifətin Karapetyanın ətrafında biləşməsi ehtimalıdır. Lakin Köçəryanın və Sarkisyanın seçkilərə ayrılıqda qatılmaq istəyini elan etməsi onların Karapetyana dəstək vermək istəmədiyini göstərir. Eyni zamanda, son vaxtlar radikal bəyanatları ilə gündəmə gələn sabiq prezident Levon Ter-Petrosyanın da seçkilərdə ayrılıqda iştirak edəcəyi görünür. 

Robert Köçəryan seçkilərdə daxili siyasi resurslar hesabına uğur qazanmağın mümkünsüz olduğunu anladığından ümidini daha çox Rusiyaya bağlayıb. Onun Moskvaya səfər edib Rusiya Prezident Administrasiyasının sədr müavini və Ermənistan üzrə kurator Sergey Kiriyenko ilə görüşdən qayıtdıqdan sonra mətbuat konfransı keçirməsi də bu məqsədə xidmət edir. 

Robert Köçəryanın Sergey Kiriyenkoya Ermənistan müxalifətini birləşdirməyə hazır olduğunu, lakin Rusiyanın bu işə pul ayırmasının vacibliyini təklif etdiyi bildirilir. Kiriyenkonun isə Köçəryanı əliboş yola saldığı və ona “Biz sizə yalnız mənəvi dəstək verə bilərik” dediyi haqa məlumatlar var.

Bu baxımdan, Köçəryanın mətbuat konfransında Paşinyanla yanaşı Zəngəzur dəhlizini hədəf seçməsi Rusiyanın dəstəyini əldə etməyə hesablanmış mesajdır.  

“8 avqustda Vaşinqtonda imzalanmış sənədlərdən tərəflər nə əldə etdilər? Əvvəla, ABŞ gələcəkdə formalaşacaq dəhliz üzərində konkret nəzarət hüququ qazandı, həmçinin Ermənistan-İran sərhədinə faktiki nəzarət etmək imkanı və nəhayət, Tramp Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək fürsətini əldə etdi”.

“Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz hüququ, ATƏT-in Minsk qrupunun buraxılması və 907 saylı qətnamənin ləğvini aldı. Bəs Ermənistan nə aldı? Düzünü desəm, bu sənədlərdə Ermənistanın nə isə əldə etdiyi barədə konkret bir şey tapmağa çalışdım. Heç nə. Yalnız problemlər. Nəhayət, Nikol Paşinyan nə aldı? Burada artıq konkret bir şey var - o, ABŞ Prezidenti Trampın imzası olan bir şəkil və hüquqi qüvvəsi olmayan bir sənəd aldı.

Bu isə ona bir daha erməni xalqını aldatmaq imkanı verir. İlkin nəticə kimi demək olar ki, Nikol Paşinyan Ağ Evdə sadəcə dekorasiya rolunda idi. Orada masa, stul, tablo, bayraq və Paşinyan vardı”, - deyə Köçəryan qeyd edib.

Açıqlamasından da göründüyü kimi, eks-prezident Rusiyaya onu hakimiyyətə gətirsələr Ermənistanı yenidən Kremlin tabeliyinə qaytaracağı, “Tramp marşrutu” ilə bağlı razılaşmadan və Azərbaycanla sülh sazişindən imtina edəcəyinə dair mesajlar verir. Ancaq Rusiya Köçəryanın sosial bazasının xeyli zəiflədiyinin fərqində olduğundan ona pul xərcləməkdə maraqlı görünmür. Əslində, Köçəryanın bütün səyləri ən yaxşı halda parlamentdə ana müxalifət yerini saxlamağa hesablanıb ki, bu şans da getdikcə azalır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Köçəryan Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri