Icma.az
close
up
RU
Tarixi toponimlərə səlib yürüşü

Tarixi toponimlərə səlib yürüşü

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Tarixin açarı olan yer adları niyə dəyişdirilir?

Toponimləri yalnız coğrafi yer adları anlamında qəbuletmək doğru olmazdı. Toponimlər həm də ölkələrin, xalqlarıninkişaf yolunu əks etdirir. Təsadüfi deyildir ki, yer adlarını, eynizamanda, tarixin açarı adlandırırlar.

İlk vaxtlarda insanlar köç etdikləri ərazilərə müxtəlifamilləri nəzərə almaqla adlar veriblər. Zaman ötdükcə isətoponimlər də siyasi önəm daşımağa başlayıb. Tarixi izlədikdəgörürük ki, əsasən imperialist mövqedən çıxış edən dövlətləristilalar nəticəsində ələ keçirdikləri torpaqlarıözününküləşdirmək məqsədilə onların tarixi adlarını dəyişiblər. Qonşu Rusiyada bir çox toponimlərin dəyişdirlməsi buna əyanisübutdur. Məsələn, bu ölkənin ərazisində olan Orenburqzamanında Orınbor, Volqoqrad Sarısu, Qroznı Solja-Qala, Novorossiysk Sudjuk-Kale, Yujno-Saxalinsk Toyoxara, Yujno-Kurilsk Furukamappu, Petrozavodsk Petroskoy, İjevsk İjkar adlandırılıb. 

Köniqsberq necə Kalininqrad olub?

Bu ərazi II ünya müharibəsindən sonra SSRİ-nin tərkibinədaxil edilib. 4 iyul 1946-cı ilə qədər şəhər almanca Köniqsberqadını daşıyırdı və daha çox məşhur alman filosofu İmmanuelKantın doğma şəhəri kimi tanınırdı. Xatırladaq ki, Köniqsberq 1737-ci ildən 1945-ci ilədək Şərqi Prussiya vilayətinin mərkəziolub.

Bu şəhərin yeni adı Stalinin silahdaşlarından olan, müharibə illərində SSRİ parlamentinin sədri vəzifəsində işləyənvə “ümumittifaq ağsaqqalı” ləqəbi daşıyan Mixail Kalininin(1875-1946) soyadından götürülüb. Onun xatirəsini Kniqberqinadını dəyişməklə əbədiləşdiriblər. 

Xatırladaq ki, II Dünya müharibəsinin ən qızğındöyüşlərindən biri bu şəhər uğrunda gedib. Köniqsberqin SSRİ üçün önəmini vurğulamaq üçün sadəcə bir faktı qeyd etməkkifayətdir. Stalin bir neçə min tank və təyyarə ilə dəstəklənən1,5 milyon sovet əsgərinə Köniqsberqi ələ keçirməyi əmr edib. Almanların xüsusi möhkəmləndirilmiş diviziyaları Köniqsberqqalasını işğaldan xilas edə bilməyib. Bu qələbə Moskvada 324 topun hər birindən 24 dəfə yaylım atəşi açmaqla möhtəşəmşəkildə qeyd olunub. Hitler Almaniyası iflasa uğrayıb. 1944-1950-cı illərdə Şərqi Avropadan 12-14 milyon alman qovulub vəonlar Qərbi və Mərkəzi Almaniyaya yerləşdirilib. Böyük köçzamanı 2 milyondan çox alman yollarda can verib... 

Ancaq almanlar tarixi unutmurlar və nə vaxtsa doğmaşəhərlərinin geri qaytarılacağına inanırlar. Hazırda Almaniyadaölkənin 1937-ci ildəki sərhədlərini yenidən bərpa etməyihədəfləyən qrupların fəallığı artıb. Onlar Rusiyadan qisas almaqvə tarixi ərazilərini geri qayratmaq üçün daha əlverişli məqamgözləyirlər. O cümlədən indi Almaniyada bir çoxları düşünürki,Ukrayna müharibəsi onlar üçün tarixi fürsət yaradıb.

Yeri gəlmişkən, daha bir faktı da yada salmaq yerinə düşər. Keçmiş SSRİ tərəfindən 1939-1940-cı illərdə ilhaq edilmişFinlandiyanın Qərbi Kareliya, Petsamo, Estoniyanın Estonİnqiriyasl və Petseri, həmçinin Latviyanın Abren bölgələri 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra belə Rusiya Sovet Federativ Sosialist Respublikasının varisi olan RusiyaFederasiyasının ərazisi olaraq qalır. Qeyd olunan ərazilərdəki birsıra yaşayış məntəqələrinin də adları dəyişdirilib. 

Leninqrad vilayətindəki Kinqisepp şəhərinin tarixi adı isəYamburq olub. Ərazi 1922-ci ildən etibarən  Kinqisepp toponimiilə adlandırılıb. Son illərdə hər iki şəhərin tarixi adlarının geriqaytarılması uğrunda hərəkat başlayıb. Belə ki, Estoniyaparlamentinin xarici əlaqələr komitəsi sovet dövründəKalininqrad adlandırılmış qədim Köniqsberq şəhərinin adınınbərpa olunması ilə bağlı qərar qəbul edib. Estoniyalı deputatlar, həmçinin Kinqisepp şəhərinin Yamburq və ya Yaama adlandırılması təklifi ilə çıxış ediblər.

Kalininqrad toponiminə Polşanın yanaşması da fərqlidir. Polyaklara tövsiyə edilib ki, bir daha Kalininqradın rus adındanistifadə edilməsin.  Coğrafi Adların Standartlaşdırılması üzrəDövlət İdarəsi Polşa əhalisinə Rusiyanın bu şəhəri üçün“Krulewiec” adından istifadə etməyi təklif edib. 2023-cü il 9 may tarixində departament bildirib ki, ölkənin baş geodeziyaçısıyanında fəaliyyət göstərən Xarici Coğrafi Adların Standartlaşdırılması üzrə Komissiya “qərara gəlinib ki, şəhərüçün yalnız Polşa adından - “Krulevets” toponimindən istifadəetmək tövsiyə edilir”.  Sərəncam dərhal, qüvvəyə minib. İndipolyaklar da “Kalininqrad vilayəti” deyil, “Krulevetskaya” deməyə öyrəşməlidirlər...

Volqa boyunca yaranan türk mədəniyyəti

Volqa Rusiyanın ən böyük çaylarından biridir. Bu çayınhövzəsi Rusiyanın Avropa ərazisinin təxminən 1/3 hissəsinitutur və qərbdə Valday və Ortarus yüksəkliyindən şərqdə Uralaqədər uzanır. Ancaq “Volqa” çayın tarixi adı deyil. Bu çayəvvəllər “İtil” adını daşıyıb. Uzun dövr ərzidə çayın ətrafındaqədim türk tayfaları yaşayıblar və burada öz mədəniyyətləriniyaradıblar. Həmin mədəniyyətin izlərindən biri də çayın tarixiadının türk mənşəli olmasıdır. Ancaq indi Rusiyada bu tarix çoxməhdud çevrələrdə xatırlanır. 

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri