Icma.az
close
up
RU
Köhnə hamam, köhnə tas ... Saatlıq əməkhaqqının qaranlıq perspektivi: Maaşların artması gözlənilmir

Köhnə hamam, köhnə tas ... Saatlıq əməkhaqqının qaranlıq perspektivi: Maaşların artması gözlənilmir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiq olunması gözlənilir. Əmək Məcəlləsinə dəyişikliyə hazırlıq görülür. Dəyişiklikdən sonra məvaciblər saat hesabı hesablana biləcək. Son günlər bu haqda çox danışılır.

Bizimyol.info xəbər verir ki, məsələ ictimaiyyət üçün qaranlıq görünür. Müzakirələr də bunu göstərir. İnsanlar sadə suala cavab istəyir: yenilik maaş artımı gətirəcək, ya yox? Suala indidən də cavab vermək olar. Konkret maaş artımından söhbət getmir.

Bəs dəyişiklik nəyə xidmət edəcək? Demək olar, heç nəyə! Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üçün nəsə dəyişə bilməz. Saatlıq əməkhaqqı hesablanmasının bir faydası ola bilər. Ən yaxşı halda bir neçə gün işləyəndən sonra iş yerini dəyişmək qərarına gələnlər bundan istifadə edə bilər. Neçə saat işləyibsə, bunun pulunu alacaq, vəssalam.

Saatlıq əməkhaqqı sistemi, əksinə, qüsurları ortaya çıxaracaq. Məlum olacaq ki, insanlar qəpik-quruşa işləyir. Əbəs yerə median əməkhaqqı ilə bağlı statistika uzun müddətdir gizlin saxlanılmır. Ekspertlərin hesablamaları ölkədə işləyən kəsimin yarısının 470 manatdan az qazandığını ortaya qoyur. Əslində, aylıq iş saatı 176-nı keçməməlidir. Heç kimə sirr deyil ki, əksər özəl müəssisələr işçini gündə 10-12 saat da işlədir. Aylıq iş saatı 250-yə də çata bilir. Deməli, orta hesabla insanlar saatı 2 manata işləyir.

Başqa rəsmi statistika da təxminən bu məsələyə eyham vurur. Ölkədə 818 min nəfər yaşayış minimumundan – 270 manatdan az qazanır. Dəhşətli rəqəmdir! Bu kəsimi təmsil edənlər orta hesabla saatı 1 manata işləyirlər. Bunu əminliklə “qul əməyi” adlandırmaq olar.

Yenə əhali üçün ümidverici dəyişiklik gəlmir. Sistemi o təqəf-bu tərəfə çevirməklə iş aşmır. Məvaciblər artırılmalıdır. Hətta azı iki dəfə artırılmalı olduğunu iddia etmək mümkündür. Sonra istəsələr, saatlıq, dəqiqəlik hesablamalar da apara bilərlər.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri