Icma.az
close
up
RU
Köhnə hamam, köhnə tas ... Məsud Pezeşkian İran rejiminin rəsmi mövqeyini ortaya qoyur

Köhnə hamam, köhnə tas ... Məsud Pezeşkian İran rejiminin rəsmi mövqeyini ortaya qoyur

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran prezidenti Məsud Pezeşkian ABŞ və Oman arasında nüvə müzakirələrində razılığa gəlməkdə ciddi olduqlarını, lakin dinc nüvə proqramının tamamilə dayandırılmasını qəbul etməyəcəklərini bildirib. İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehranda keçirilən Nazirlər Şurasının iclasında çıxış edən Pezeşkian ABŞ ilə nüvə müzakirələrinə toxunub. Ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini və etməyəcəyini bildirən Pezeşkian, “Rəhbərin (İran lideri Ayətullah Əli Xamenei) fitvasına əsasən, nüvə silahı istehsalına yönəlmiş hər hansı bir hərəkət qadağandır” dedi. “Təbii ki, İranın bütün nüvə obyektlərindən imtina etməsi arqumenti də bizim üçün qəbuledilməzdir. Biz dinc nüvə fəaliyyətlərimizi qətiyyətlə davam etdirəcəyik. Biz danışıqlara və razılaşmaya ciddi yanaşırıq”- Pezeşkian deyib. Məsud Pezeşkian vurğulayıb ki, danışıqlar aparılır, çünki sülh istənilir.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məsud Pezeşkian sadəcə olaraq İran rejiminin rəsmi mövqeyini ortaya qoyur.

Sadiq İsabəyli

“İllərdir ki, bunlar belə danışırlar. Bəs buna inanmaq olarmı? Bunu bilmək üçün onun keçmiş fəaliyyətlərinə baxmaq lazımdır. İranın dinc nüvə proqramı ilə bağlı dedikləri o zaman müəyyən oluna bilər. İranın nüvə fəaliyyətləri və nüvə silahlarının yayılmaması ilə bağlı öhdəlikləri 1970-ci ildən başlayır. Yəni İran Nüvə Silahlarının Yayılmasının qarşısının alınması üzrə müqaviləyə 5 mart 1970-ci ildə qoşulub. Bu müqavilə çərçivəsində İran nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə edə bilər. Nüvə silahının istehsal etməməsi ilə bağlı öhdəliklər götürüb. 1974-cü ildə İran Beynəlxalq Atom Enerji Agentliyinə bildirib ki, o nəzarət həyata keçirilməsinə razıdır. Yəni o dövrdə qurulan “Nətənz” atom mərkəzinə baxışlar keçirsinlər”-deyən şərhçi qeyd edib ki, bu razılaşma İranın nüvə fəaliyyətinin beynəlxalq nəzarət altında olması məsələsini ortaya qoyurdu.

“Rejim dəyişəndən sonra, molla fars rejimi 1979-cu ildən hakimiyyətə gələndən sonra yavaş- yavaş o proseslər irəlilədi. Məlum oldu ki, fars molla rejimi 2002-ci ildən İranın nüvə fəaliyyətlərini artırıb və bütün fəaliyyətlər gizli şəkildə yürüdülür. Aparılan fəaliyyətlərin heç birisi haqqında Beynəlxalq Atom Enerji Agentliyinə məlumat verilməyib”-deyə Sadiq İsabəyli vurğulayıb.

Sadiq İsabəylinin fikrincə, o dövrdən başlayaraq, rejimə qarşı bir sıra tələblər irəli sürüldü və o tələblər əsasında hələ də nəzarətdə olmayan nüvə obyektləri var.

“Bilinməyən nüvə obyektləri var və fəaliyyətlər var və rejim buna icazə vermir. Elə ancaq deyirlər ki, “bizim nüvə fəaliyyətlərimiz sülhməramlıdır və nüvə silahı istehsal etmək istəmirik”. Amma bir neçə ay öncəki açıqlamalara baxanda İranda bəzi şəxslər, İranın xarici əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi, (o həm də keçmiş xarici işlər naziri olub) İranın millət vəkilləri, çıxışlarında bildirirdi ki, “İran rejimi nüvə doktrinasına yenidən baxmalıdır, onu nəzərdən keçirilməlidir. Hətta lazım gəldikdə nüvə silahının istehsalına başlanılmalıdır”. Bunu ən yüksək mövqedə olan şəxslər səsləndirirsə, bu məsələ ciddiyə alınan məsələdir. Misal üçün; dini rəhbərliyin nəzdində Əli Xameneinin nəzdində formalaşan xarici əlaqələr üzrə strateji şuranın rəhbəri Kamal Xərrazi bir müsahibəsində bildirir ki, “əgər İranın mövcudluğu təhlükə altına düşərsə, ölkə nüvə doktrinasını dəyişdirməyə məcbur olacaq”. Xərrazi həm də qeyd edib ki, İranın nüvə silahı istehsal etmək texniki imkanları mövcuddur. Eyni bu ifadəni İran Atom Enerji Təşkilatının keçmiş rəhbəri də istifadə edir və deyir ki, “biz nüvə silahı əldə etmək imkanlarına sahibik, yəni onun bütün lazım olan avadanlıqlarını özümüz hazırlaya bilərik. Amma biz hələlik bu istiqamətdə iş aparmırıq”. Parlamentdə 40-dan çox millət vəkili İranın Ali Təhlükəsizlik Şurasına məktub ünvanladılar və dedilər ki, “biz nüvə doktorinasına yenidən baxmalıyıq və artıq nüvə silahının istehsalı ilə bağlı biz qərar qəbul etməliyik”. Orada bir sıra məsələlərə bu şəkildə toxundular ki, nüvə silahının istehsal olunması ilə bağlı dini rəhbərin fitvası var və fitva da bundan ibarətdir ki, “nüvə silahı əldə olunması haramdır”. Amma sonra da onu əsaslandırdılar ki, yox, əldə olunması yox, onun istifadəsi haramdır. Təbii ki, şərtlərə uyğun olaraq, o fitva dəyişə bilər. Yəni onun istifadəsini yeni bir fitva ilə həm də halal etmək olar” -deyən Sadiq İsabəyli bildirib ki, İran rejimindəki rəsmi şəxslərin “bizim nüvə fəaliyyətlərimiz dinc məqsədlidir” açıqlamaları dünya üçün inandırıcı görünmür.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 May 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri