Icma.az
close
up
RU
Köhnə maşına yeni modelin detallarını yığdırmaq niyə təhlükəlidir? ELÇİN ABBASOV SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Köhnə maşına yeni modelin detallarını yığdırmaq niyə təhlükəlidir? ELÇİN ABBASOV SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər bəzi sürücülər köhnə avtomobillərə yeni modellərin ehtiyat hissələrini, xüsusilə də görünüşə aid əlavə detallar quraşdırırlar. Lakin bu dəyişikliklər əksər hallarda yalnız vizual xarakter daşıyır və texniki baxımdan avtomobilə ciddi üstünlük qazandırmır.

Mühərrik, ötürücü və təhlükəsizlik sistemləri dəyişdirilmədikcə avtomobil sadəcə yeni görünüşlü, lakin eyni xüsusiyyətlərə sahib köhnə maşın olaraq qalır. Bu isə nə təhlükəsizlik, nə də performans baxımından istənilən nəticəni vermir.

Bəs belə kosmetik dəyişikliklər təhlükəsizlik və istismar baxımından nə qədər məqsədəuyğundur?

Mövzu ilə bağlə avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzən köhnə avtomobillərə yeni modellərin ehtiyat hissələri quraşdırılır:


“Lakin bu dəyişikliklər əksər hallarda yalnız görünüşdən ibarətdir. Yəni avtomobilin mühərrikində və texniki hissələrində hər hansı ciddi dəyişikliklər edilmir. Eləcə də təhlükəsizlik sistemləri olduğu kimi qalır. Bu isə, əslində, yalnız köhnə avtomobilin yeni görkəm alması deməkdir və real funksional yenilənmə sayılmır.

Avtomobilin tam şəkildə yeni modelin funksiyalarını daşıya bilməsi üçün mühərrik, ötürücü sistem, sükan, asqı və təhlükəsizlik sistemləri daxil olmaqla bir çox texniki hissələr yenilənməlidir. Bu cür dəyişikliklər yalnız bəzək xarakteri daşıdıqda, nə avtomobilin performansına, nə də təhlükəsizliyinə müsbət təsir göstərir”.

Mütəxəssislərin araşdırmalarına görə avtomobillərdə bu cür detalların dəyişikliyi onların həyatını da riskə atır. Məsələn, 2015-ci ilin avtomobilinə həmin modelin 2024-cü il istehsalının detallarını quraşdırmaqla edilən vizual dəyişikliklər avtomobilin ağırlıq mərkəzində dəyişikliyə gətirib çıxara bilir. Bu da manevr qabiliyyətini aşağı salır, qəza risklərini isə artırır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri