Icma.az
close
up
RU
Köhnə smartfonların mikro məlumat mərkəzinə çevrilməsi ekoloji və iqtisadi davamlılığa töhfə verir ARAŞDIRMA

Köhnə smartfonların mikro məlumat mərkəzinə çevrilməsi ekoloji və iqtisadi davamlılığa töhfə verir ARAŞDIRMA

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyun, AZƏRTAC

Estoniyanın Tartu Universitetinin Kompüter Elmləri İnstitutunun tədqiqatçıları elektron tullantıların azaldılması və davamlı məlumat emalı sahəsində mühüm təşəbbüslə çıxış ediblər.

AZƏRTAC “Science Daily” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar köhnəlmiş smartfonların istifadəsini yenidən nəzərdən keçirərək, onları aşağı xərcli və ekoloji cəhətdən davamlı mikro məlumat mərkəzlərinə çevirməyi təklif edirlər.

Hər il dünyada 1,2 milyarddan artıq smartfon istehsal olunur. Bu, yalnız enerji və təbii resursların kütləvi şəkildə sərf olunmasına səbəb olmur, eyni zamanda, atmosferə böyük miqdarda karbon emissiyası da buraxılır. Həmçinin texnoloji cihazların sürətli qocalması istifadəçiləri hələ də işlək olan telefonları təxminən hər 2-3 ildən bir yeniləməyə məcbur edir. Bu cihazların əksəriyyəti ya təkrar emala verilir, ya da zibilxanalara atılır.

Tartu Universitetindən tədqiqatçı Huber Flores və həmkarları problemi alternativ yanaşma ilə həll etməyə çalışıblar. Onların təklif etdiyi modelə əsasən, köhnəlmiş smartfonlar mikro məlumat mərkəzlərinə çevrilərək müxtəlif ictimai və ekoloji problemlərin həllinə xidmət edə bilər. Tədqiqatın əsas ideyası odur ki, yenilik hər zaman yeni texnologiyaların yaradılması ilə deyil, mövcud texnologiyalara yeni baxışla başlaya bilər. Bu baxımdan köhnə smartfonların minimal xərclə (təxminən 8 avro) məlumat toplaya və emal edə bilən avtonom sistemlərə çevrilməsi təklif olunur.

Layihənin ilk mərhələsində telefonların batareyaları çıxarılaraq onların ətraf mühitə potensial zərəri minimuma endirilib və cihazlar xarici enerji mənbələri ilə təchiz olunub. Dörd telefon birləşdirilərək 3D çap olunmuş korpuslarda sabitlənib və bu şəkildə işlək prototip yaradılıb. Bu prototip su altında sınaqdan keçirilib və dəniz ekosisteminin monitorinqində uğurla istifadə olunub, dəniz canlılarının sayılması və qeydiyyatı avtomatik şəkildə həyata keçirilib. Həmin sistemlər, eyni zamanda, ağıllı şəhər infrastrukturunun inkişafında da istifadə oluna bilər. Məsələn, avtobus dayanacaqlarında yerləşdirilərək sərnişin sayının real vaxt rejimində təhlili ilə ictimai nəqliyyat sistemlərinin optimallaşdırılmasına töhfə verə bilər.

Tədqiqat nəticələri göstərir ki, köhnəlmiş texnologiyalar tullantı deyil, davamlı gələcəyin bünövrəsi ola bilər. Sadə, lakin təsirli metodlarla bu cihazların istifadəsi genişlənərək həm iqtisadi, həm də ekoloji cəhətdən dəyər yarada bilər.

Proqram mühəndisliyi üzrə dosent Ulrix Norbisrat qeyd edir: “Davamlılıq təkcə gələcəyi qorumaq deyil, həm də dünənki cihazların sabahın imkanlarına çevrildiyi bu günü yenidən təsəvvür etməkdir”.

Tədqiqat köhnəlmiş texnologiyaların yenidən istifadəsi sahəsində həm elmi yenilik, həm də sosial məsuliyyət baxımından mühüm addım ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 05:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri