Kojic: Silahlı münaqişələrdə humanitar hüquq üzləşdiyi çağırışlara baxmayaraq əməkdaşlıqla gücləndirilə bilər AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 dekabr, AZƏRTAC
Silahlı münaqişələrdə beynəlxalq humanitar hüququn üzləşdiyi problemlərin həll edilməsi və onunla humanitar hüququn implementasiyası ilə bağlı məlumatlılığın artırılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda keçirilən seminarda BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Dragana Kojic söyləyib.
O bildirib ki, silahlı münaqişələrdə humanitar hüququn üzləşdiyi çağırışlar getdikcə artır. Dövlətlərin də bu işdə ciddi səy göstərməsi üçün siyasi iradə tələb olunur.
Dragana Kojic deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələri mövcuddur. Ümid edirəm ki, beynəlxalq hüququn implementasiyası sahəsində əməkdaşlıq davam etdiriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















