Kökəldiyini deyənlərə cavab verdi: Bəlkə ana olacağam
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə xarici görünüşünü tənqid edənlərlə bağlı daha bir açıqlama verib.
Axşam.az-ın məlumatına görə, aktrisa çəki almasının müxtəlif səbəblərdən ola biləcəyini söyləyib:
"Bu mövzu haqqında son dəfə danışıb bağlayıram. Bəlkə kökəlmişəm, çox yemək yemişəm, bəlkə müalicə alıram, xəstəyəm, ana olacağam, hər nə. Qadınlarla işiniz olmasın. Bəlkə də yaşlanıram. Yaşlanmaq da qəbul edilən olmalıdır. Bu mövzu məni inanılmaz dərəcədə bezdirdi. Ən acısı da odur ki, bu nifrət dolu sözlər daha çox qadınlardan gəlir...
Həmcinslərimə səslənirəm, Allah eşqinə, bacılarım, xahiş edirəm. Vallah, həyat belə yaşanmaz. Hər kəs sizin beyninizdəki gözəllik standartlarına uyğun olmaq məcburiyyətində deyil. Son nəfəsini verənə qədər artıq qadınlarla müzakirə etməyi dayandırın. Olduğu qədəri ilə idarə edin".
Nəsrin gənclik illərindəki fotonu yayımlayaraq ironiya ilə "Əslində mən üz nəqli olmuşam. Başqa insanın üzündən istifadə edirəm. Son dərəcə də məmnunam. İmkanı olan elətdirsin. Allaha əmanət mənə nifrət edənlər" deyə, yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 03 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















