Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür

Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2 dekabr -  Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür.


Sfera.az xəbər verir ki, bu tarix BMT-nin Baş Assambleyasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyanı qəbul etməsi ilə bağlıdır. Bu gün ilk dəfə 1949-cu ildə qeyd olunub.

Hər il milyonlarla adam alver, zor gücünə cəlbetmə, yaxud digər məcburiyyət metodları nəticəsində istismaredici əmək şəbəkəsinin cənginə keçir və bu asılılıqdan can qurtara bilmir. Yüz minlərlə adam istismaredici əmək sistemi olan emalatxanalarda, tarlalarda, şaxtalarda əldən düşənə qədər işləyir, yaxud evlərdə onlardan hüquqsuz işçi qüvvəsi kimi istifadə olunur.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, icbari əmək qurbanlarının sayı hazırda təqribən 21 milyon nəfərdir. Çarəsizlik içində olan bu adamlar istismarın ən sərt formalarına, həqarətlərə və zorakılığa, o cümlədən seksual və gender zorakılığına məruz qalırlar.

Köləliyin ləğvi ideyası ilk olaraq Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə təsdiqlənib. Beynəlxalq Anti-Köləlik Təşkilatı (Anti-Slavery International) 1839-cu ildə Böyük Britaniyada yaradılıb. Birləşmiş Ştatlarda köləliyin ləğvi mahiyyətcə köləliyi günahlandırmaq və sosial düşüncəni ona qarşı çevirməkdən ibarət idi. Hələ 1830-cu illərdə köləliyə qarşı cərəyan şimal ştatlarında genişmiqyaslı xarakter almışdı. 1859-cu ildə isə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğvi üçün üsyan başlandı. ABŞ-də 1861-1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra qanuni köləlik ləğv edildi. Köləliyin ləğv edilməsində ABŞ-nin 16-cı prezidenti Abraham Linkolnun mühüm rolu olmuşdu.

Köləliyin qadağan edilməsi ilə bağlı ilk qanunlar 19-cu əsrin birinci rübündə İngiltərə və ABŞ-də qəbul edildi, sonra digər Avropa dövlətləri də buna əməl etdilər. İngiltərədən sonra 1857-ci ildə Osmanlı İmperiyası köləliyi ləğv edən ilk ölkə oldu.1926-cı ildə Millətlər Liqası bütün dünyada köləliyi qadağan etdi və daha sonra Birləşmiş Millətlər Təşkilatı bu müddəanı təsdiqlədi.Köləlik dünyanın bütün cəmiyyətlərində və müxtəlif formalarda mövcud olub. Tarix boyu köləliyin ən böyük nümunəsi isə 400 ildən çox davam edən və milyonlarla afrikalının əsir götürülərək Amerika, Karib dənizinə aparıldığı “Transatlantik qul ticarəti” sayılır.Avropa dövlətlərində qul ticarətini qadağan edən ilk ölkə isə Danimarka oldu. Bu, 1792-ci ildə baş verdi.1807-ci ildə isə Britaniya koloniyalarında və 1808-ci ildə ABŞ-də qul ticarəti qadağan edildi. Amma qadağalara baxmayaraq, qullar azad edilmədi.

Beləliklə, 19-cu əsrdə dünyanın əksər ölkələrində köləlik ləğv edildi. Bununla belə, bəzi ölkələrdə köləlik 20-ci əsrə qədər davam etdi. Dünyada köləliyin rəsmi olaraq ləğv edildiyi sonuncu ölkə isə Mavritaniyadır.Köləlik artıq qeyri-qanuni sayılsa da, bu gün dünyada 40 milyondan çox insanın qul kimi yaşadığı təxmin edilir.İllərdir, BMT köləliyin bütün müasir formalarının, o cümlədən icbari əməyin, uşaq əməyinin ən pis formalarının, məcburi nikahların, son dərəcə ağır əmək şəraitinin və insan alverinin ləğv edilməsi ilə bağlı çağırışlar etsə də, böyük nəticələrin əldə olunduğunu söyləmək olmaz. 

Azərbaycanda da bu problemin həlli üçün, zaman –zaman müxtəlif addımlar atılıb. Respublikamız 1996-cı ildə BMT-nin “Köləliyin ləğv edilməsi haqqında”, “İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında” konvensiyalarına, 2003-cü ilin may ayında isə “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” Konvensiyaya və onun Protokollarına qoşulub. Bununla köləliyə qarşı mübarizədə barışmaz mövqedə olmasını bir daha sübut edib.Azərbaycan Respublikası qanunvericiliyində “İnsan alveri”ni qismən tənzimləyən 10 maddə var. Bundan başqa, ölkəmizdə bu cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ hüquqi aktlar da qəbul edilib.


Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:360
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri