Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumat verənlər cərimələnəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253-1.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” qanunda çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsinə görə müəyyənləşəcək yeni qayda ilə bağlıdır. Kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 22 May 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















