Icma.az
close
up
RU
Ağsuda kollec və peşə məktəbi yoxdur Deputatdan TƏKLİF

Ağsuda kollec və peşə məktəbi yoxdur Deputatdan TƏKLİF

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qənaətimə görə, qanunvericilik bazasına motivasiya xarakterli, indiki halda isə peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər, nə qədər prioritet olsa da, təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməli və daha geniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı çıxışında deyib.

"Eyni zamanda, qənaətimə görə, qanunvericilik bazasına motivasiya xarakterli, indiki halda isə peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər, nə qədər priorotet olsa da, təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməli və daha geniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir. Bu sıraya, qanunvericilik səviyyəsində olmasa da, digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alan gənclərin, xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçik biznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati və hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxil edilməlidir.Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi motivasiya xarakteri daşıdığı üçün mütərəqqi olduğunu düşünür və dəstəkləyirəm", - o deyib.      

E.Mirzəbəyli bildirib ki, təmsil etdiyi Ağsuda kollec və peşə məktəbi yoxdur:

"Qanun layihəsinin ümumi mahiyyəti imkan verdiyi üçün təmsil etdiyim Ağsu rayonu ilə bağlı bir mühüm məqama diqqət çəkmək istəyirəm. Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur. Məsələyə Dağlıq Şirvan iqtisadi rayonu kontektindən yanaşmayacağam. Çünki xəritə və ərazinin ümumi relyefi əhalinin gediş-gəlişi baxımından, nəzəri deyil, sahə üzrə yanaşmaların zəruri olduğunu ortaya çıxarır. Məsələn, Ağsudan Kürdəmirə getmək daha rahatdır, nəinki dolayları aşaraq, Şamaxıya və ya Qobustana.  Ağsu rayonunun 81 min əhalisi var. Bəzi qonşu rayonlarla müqayisədə Ağsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənaye müəssisələri də, yenə də qonşu rayonlarla müqayisədə kifayət qədərdir.

Xatırladım ki, Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay, İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədris olunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birini təkrarlayır.

Məsələn, “Geniş profilli traktorçu-maşinist, təmirçi çilingər” ixtisası adlarını sadaladığım rayonlarda fəaliyyətdə olan peşə məktəblərinin hər birində var. Eyni fikri “Elektrik qaz qaynaqçısı”, “Əməliyyatçı-mühasib”, “Elektrik montyoru”, “Baytar texniki”, “Avtomobil təmiri” və digər ixtisaslarla bağlı demək də mümkündür. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlarda ən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda, yalnız Kürdəmirdə belə bir peşə tədris edilir. Və yaxud ərazidə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” peşəsi, yalnız Göyçay peşə liseyində var.

Bununla yanaşı, həm Şamaxıda, həm Göyçayda, həm də İsmayıllıda kollec var. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır. Amma Ağsuda nə peşə məktəbi, nə də kollec yoxdur və bu da şübhəsiz ki, rayonda təhsilin səviyyəsinə və elm və təhsillə bağlı ümumi atmosferə öz mənfi təsirini göstərir.

Fürsətdən istifadə edib, buradan hökumətimizi Ağsu rayonunda kollec və ya peşə liseyinin yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirməyə çağırıram. Ümid edirəm, peşə və kollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək.

Eyni zamanda Heydər Əliyev fonduna Ağsuda təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi və keçirməyi planlaşdırdığı layihələrə görə dərin minnətdarlığımı bildirirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri