Icma.az
close
up
RU
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri