Icma.az
close
up
RU
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib Aktivləri 37 dəfə artıb

“KollektA” 2,9 milyon manat mənfəət əldə edib Aktivləri 37 dəfə artıb

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Problemli borc portfellərinin alınması və idarə edilməsi ilə məşğul olan “KollektA” ASC 2025-ci ili 2 milyon 907,8 min manat xalis mənfəətlə başa vurub.

Marja.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, “KollektA”nın 2024-cü ildə – fəaliyyətə başladığı tarixdən ilin sonunadək xalis mənfəəti 8,4 min manat təşkil etmişdi. Beləliklə, şirkətin mənfəəti nominal ifadədə 2 milyon 899,4 min manat və ya 346 dəfə artıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qeyd edək ki, 2024-cü ilin göstəriciləri şirkətin fəaliyyətə başladığı tarixdən dekabrın 31-dək olan dövrü əhatə edir və audit olunmayıb. Buna görə də 2024 və 2025-ci illərin nəticələri tam eyni müddətləri əhatə etmir.

Gəlirləri 7,7 milyon manata yaxınlaşıb

2025-ci ildə “KollektA”nın cəmi gəlirləri 7 milyon 698 min manat təşkil edib. Şirkət əvvəlki dövrdə 30,5 min manat gəlir əldə etmişdi. Gəlirlərin əsas hissəsini – 6 milyon 962,4 min manatını faiz gəlirləri təşkil edib. Digər əməliyyat gəlirləri isə 735,6 min manat olub.

“KollektA”nın ümumi və inzibati xərcləri 19,3 min manatdan 3 milyon 442,8 min manata, faiz xərcləri isə sıfırdan 566 min manata yüksəlib.

Şirkət 2025-ci ildə 3 milyon 689,3 min manat vergidən əvvəlki mənfəət əldə edib. Mənfəət vergisi xərci 781,4 min manat təşkil edib.

Problemli kredit portfeli 4,8 milyon manatı keçib

2025-ci ilin sonunda “KollektA”nın cəmi aktivləri 9 milyon 659,8 min manata çatıb. 2024-cü ilin sonunda şirkətin aktivləri 260,9 min manat idi. Beləliklə, aktivlər 9 milyon 398,9 min manat və ya 37 dəfə artıb.

Şirkətin satın aldığı problemli kredit portfelinin balans dəyəri 251,9 min manatdan 4 milyon 836,4 min manata yüksəlib. Artım 4 milyon 584,5 min manat və ya 19,2 dəfədir.

Problemli kredit portfeli “KollektA”nın ümumi aktivlərinin təxminən 50,1%-ni təşkil edir. Bu göstərici şirkətin verdiyi yeni kreditləri deyil, satın aldığı problemli borc portfellərini əks etdirir.

Hesabat dövrünün sonunda şirkətin:

- pul vəsaitləri və onların ekvivalentləri 1 milyon 60,4 min manat;

- qiymətli kağızları 2 milyon 722,1 min manat;

- əsas vəsaitləri 575 min manat;

- digər aktivləri 316,1 min manat təşkil edib.

Aktivlərin böyüməsi borc vəsaitləri hesabına da maliyyələşdirilib

“KollektA”nın cəmi öhdəlikləri 252,4 min manatdan 6 milyon 743,5 min manata yüksəlib. Öhdəliklərdə 6 milyon 491,1 min manat və ya 26,7 dəfə artım qeydə alınıb.

2025-ci ilin sonunda şirkətin borc vəsaitləri 3 milyon 695 min manat, ticarət və digər kreditor borcları 2 milyon 160,2 min manat təşkil edib. Borc vəsaitlərinin ümumi öhdəliklərdə payı 54,8%-ə çatıb.

Cəmi kapitalı 2,9 milyon manata yüksəlib

Şirkətin cəmi kapitalı 2024-cü ilin sonundakı 8,5 min manatdan 2025-ci ilin sonunda 2 milyon 916,3 min manata çatıb. Kapital artımı tamamilə bölüşdürülməmiş mənfəətin yüksəlməsi hesabına baş verib.

“KollektA” ASC-nin nizamnamə kapitalı cəmi 100 manatdır. Şirkətin səhmdarları 3 fiziki şəxsdir.

“KollektA”nın əsas fəaliyyəti hərraclar vasitəsilə problemli debitor borclarının və kredit portfellərinin satın alınması, həmin borcların yığılması, həmçinin üçüncü şəxslərə borcların yığılması üzrə xidmətlərin göstərilməsidir.

Hesabat şirkətin ilk tam fəaliyyət ilində sürətlə böyüdüyünü göstərir. Aktivlərin yarısını satın alınmış problemli kreditlər təşkil edir. Eyni zamanda, aktivlərin genişlənməsinin əhəmiyyətli hissəsi borc vəsaitləri və kreditor borcları hesabına maliyyələşdirilib.

Şirkətin kapitalının aktivlərdə payı 2024-cü ilin sonundakı 3,3%-dən 2025-ci ilin sonunda 30,2%-ə yüksəlib. Bununla belə, nəticələrin davamlılığı satın alınmış problemli borcların hansı səviyyədə yığılmasından və borc maliyyələşməsinin dəyərindən asılı olacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://marja.az
archiveBu xəbər 04 Sentyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri