Icma.az
close
up
RU
Kolumbiyada naməlum qədim insan populyasiyasının izləri aşkarlanıb ARAŞDIRMA

Kolumbiyada naməlum qədim insan populyasiyasının izləri aşkarlanıb ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 iyun, AZƏRTAC

“Science Advances” jurnalında dərc olunan yeni araşdırma Kolumbiyada əvvəllər məlum olmayan qədim insan populyasiyasının mövcudluğunu üzə çıxarıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədqiqat qrupu Kolumbiyanın mərkəzində yerləşən Altiplano yaylasında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış 6000 illik 21 insan qalığının DNT analizini həyata keçirib. Tədqiqat nəticəsində bölgədə vaxtilə yaşamış, lakin müasir insanlarla genetik bağlantısı olmayan, tamamilə yoxa çıxmış insan qrupunun izləri müəyyən edilib. Kolumbiya “Homo sapiens” növünün təxminən 14 min 500 il əvvəl Mərkəzi Amerikadan Cənubi Amerikaya miqrasiya etdiyi ilk ərazilərdən sayılır. Bu fakt ölkəni kontinental miqyasda əhali keçidlərinin baş verdiyi mühüm coğrafi məkana çevirir. Yeni araşdırmada əldə olunan DNT sübutları göstərir ki, erkən ovçu-yığıcı qrupların genetik irsi müasir Kolumbiya əhalisinə ötürülməyib. Bu isə bölgədə əhali tərkibinin tamamilə dəyişdiyini göstərir.

Almaniyanın Tübingen Universitetindən antropoloq Kim-Luiz Krettek bildirir: “Biz Kolumbiyanın yüksək dağlıq bölgələrində yaşamış erkən ovçu-yığıcıların genetik izlərinə müasir əhali arasında rast gəlmədik. Bu isə o deməkdir ki, bölgədə tam bir əhali mübadiləsi baş verib”.

DNT analizləri vasitəsilə alimlər nəsillərarası əlaqələri izləyə və genetik dəyişikliklərin zamanla necə baş verdiyini müəyyən edə bilirlər. Tədqiqatın nəticələri göstərir ki, Kolumbiyada təxminən 6 min il əvvəl mövcud olmuş əhali sonradan yoxa çıxıb və yerini fərqli genetik quruluşa malik yeni insan qrupuna verib. Yeni əhali təxminən 2 min il əvvəl bölgəyə köçüb və çox güman ki, çibçan dillərində danışan icmalar olub. Bu qrup daha inkişaf etmiş kənd təsərrüfatı və dulusçuluq bacarıqları ilə əvvəlki ovçu-yığıcı cəmiyyətdən üstün mədəni təkamül keçirdiyini nümayiş etdirir.

Kolumbiya Milli Universitetindən genetik Andrea Kasas-Varqas qeyd edir: “Əvvəlki əhalinin genetik izlərinin tamamilə silinməsi Cənubi Amerika üçün nadir və maraqlı haldır”.

Tədqiqatçılar 6 min il əvvəlki ilkin əhalinin niyə və necə yoxa çıxdığı sualına dəqiq cavab vermirlər. Bununla belə, xəstəlik və ya sosial münaqişə kimi amillərin potensial səbəblər olduğu ehtimal edilir. Bu məsələ gələcək araşdırmalar üçün açıq qalır. Əvvəlki genetik araşdırmalar Cənubi Amerika yerli xalqlarının mənşəyinin daha mürəkkəb olduğunu və bəzi erkən populyasiyaların Avstraliya kimi uzaq bölgələrlə belə genetik əlaqələrinin ola biləcəyini göstərmişdi. Kolumbiyanın coğrafi mövqeyi, Cənubi Amerikanı Mərkəzi Amerikaya bağlayan “quru körpü” üzərində yerləşməsi bu cür tədqiqatlar üçün xüsusilə əhəmiyyətli məkana çevrilir.

Tübingen Universitetindən antropoloq Kosimo Postqeyd edir: “Bu, Kolumbiyada ilk dəfə olaraq nəşr olunan qədim insan genomlarıdır”.

Araşdırma nəticələri Cənubi Amerikanın ilkin məskunlaşma tarixinə dair dəyərli məlumatlar təqdim etməklə yanaşı, regionun gələcək tədqiqatlar üçün hələ çox sirr saxladığını göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 02:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri