Icma.az
close
up
RU
“Komanda müdafiə baxımından zəif çıxış edir, çox zəif” Santuş sözündən qaçdı və yana yana danışdı

“Komanda müdafiə baxımından zəif çıxış edir, çox zəif” Santuş sözündən qaçdı və yana yana danışdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yığmamızın baş məşqçisi Fernando Santuş bu gün Belarusla oyuna həsr olunan mətbuat konfansı keçirdi. “Football-plus.az” jurnalistlərlə görüşdən hesabatı təqdim edir.
- Səbuhi Abdullazadənin mətbuat konfrasında iştiralı onun oynayacağı deməkdi? Haiti ilə oyunla müqayisədə hansı dəyişiklik olacaq?
- Elvin Cəfərquliyevdən başqa hamı sabah şans qazana bilər. Səbuhi də bunlardan biridi. Ardıcıl iki oyun keçirmək asan deyil. Bəzi oyunçular istirahət edəcək, bəziləri oynayacaq. Bəzi futbolçular Ramazan ayı olduğuna görə oruc tutur. Hamısına hörmətlə yanaşıram. Daha aqressiv, daha istəkli olmalıyıq. Sadə qollar buraxırıq. Müdafiəyə fikir verməliyik. Həm da qol vurmağa, topa sahib olmağa çalışacağıq. Son oyunda da şanslarımız çox oldu, yararlana bilmədik. Hər oyunda qol epizodlarımız olur, amma alınmadı. Sabah müdafiədə daha inamlı olmalıyıq. Hər oyun belə qollar buraxmaqla yüksək səviyyəli komanda ola bilmərik. Futbol kollektiv oyundu, hamı yaxşı çıxış etməlidi.
- Azərbaycan yığmasının baş məşqçisi yox, futbol mütəxəssisi kimi kənardan baxsaz, gələndən hələ də qələbə qazana bilməyən millinin “sükanı arxasında” olmaq necə hissdi? Qələbə üçün nə qədər gözləməliyik?
- Demək olar ki, hər oyun qələbə şansımız olur. Sadəcə, hamımız inanmalıyıq. İnşallah, sabah bunu yaşayarıq. Düşünməliyik ki, nəyi düz edirik, nəyi səhv. Futbol mütəxəssisi olaraq onu deyə bilərəm ki, müdafiədə inamlı olmalıyıq.
- Haiti ilə oyundan sonra mətbuat konfransında “hücum yox, müdafiə futbolu oynamalıyıq” dediz. Bunun üçün heyətdə hansısa dəyişikliklər olub?
- Hələ son qərar verilməyib. Məşqdən sonra qərar verəcəyik. Oyunçuların durumunun nə yerdə olduğunu bilmirik. Məşqçilərlə buna qərar verəcəyik.
- Son oyundan sonra mətbuat konfransında onu da demişdiz ki, oyunçularım məğlub olmağa çıxmışdı. İndi də o fikirdəsiz, yoxsa emosiyalara qapılıb elə fikir səsləndirdiz?
- Mən elə söz deməmişəm. Mən “meydana daxil olandan sonra məğlub olmağa başladıq” demişəm. İkinci qoldan sonra komanda təslim oldu. Oyunçular həmişə istəkli olmalıdı. Onlarda belə xüsusiyyət var ki, qol buraxandan sonra həvəsdən düşür.
- Şahruddinin performansı aşağı idi, sabahkı oyunda qapıda Rzanı görə bilərik?
- Mən yenə deyirəm, konfransda heyət barədə açıqlama verməyəcəm. Məşqdən sonra bildirəcəm. Siz fərdi təhlillər edirsiz. Heç vaxt komanda adından danışmırsız. Futbol kollektiv oyundu.
- Dünya çempionatının seçmə mərhələsində Fransa rəqiblərimizdən biridi. Bu barədə nə düşünürsüz?
- İki-üç ay sonra bu haqda danışarıq. Hazırda bizim üçün sabahkı oyun vacibdi. Sualınızı cavablayacam, amma indi yox.
- Santuş məğlubiyyətdən sonra həmişə mentallıqdan şikayətlənir. Bura gəldiyiniz az müddət deyil. Bəs bunun axırı necə olacaq?
- Burda cəmi altı oyun keçirmişəm. Heç bir il deyil. Cəmi altı oyun. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Həm fərdi, həm də komanda şəklində oyunçularımla danışıram. Futbolçunun özündən də çox şey aslıdı. O vəziyyəti dərindən dərk etməlidi. Biz birlikdə problemi çözməliyik. Siz - jurnalistlər, azarkeşlər çox önəmlisiz, bizə dəstək olmalısız. Futbolda zəngin təcrübəm var. Dəstək olmayanda futbolçular qorxaraq addımlayır. Səhv etmək insana məxsusdu. Səhv etməyən kim var?! Mən də səhv edirəm. Təkcə tənqid yox, həm də dəstək lazımdı. Bu maneələri birgə keçməliyik. Sizi də bir olmağa çağırıram. Milli komanda bu deməkdi.
- Azərbaycan millisinin oyununu komanda oyunu hesab edə bilərik? Santuş gələndən Azərbaycan futbolu üçün hansı dəyişiklik etdiyini düşünür?
- Komanda müdafiə baxımından zəif çıxış edir, çox zəif. Bu təkcə müdafiəçilərə aid deyil, həm də irəli xəttin oyunçularına aiddi. Təkcə qapıçını, müdafiəçini günahlandırmaq düzgün deyil. Kollektiv şəkildə yaxşı oynamalıyıq. Hazırda ən böyük problem aqressivlikdi, müdafiə oluna bilmirik. Bura gəldiyim gündən eyni şeyləri təkrarlayıram. Özünüz də görürsüz, çox sadə qollar buraxırıq. Müdafiə futbolu ancaq müdafiədə oturmaq deyil. Müdafiədən yaxşı oynayıb təhlükəli hücumlar yaratmalıyıq. Yaratdığımız hücumları qola çevirə bilsək, yaxşı nəticəmiz olar.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Mart 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri