“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Araz-Naxçıvan” “Omoniya”ya məğlub olub - 0:4.
“Football-plus.az” xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Ağır oyun alındı. Düşünürdük ki, müqavimət göstərə bilərik. Rəqibin gücünü qəbul etmək lazımdı. Belə oyunlarda bu tip səhvlər cəzasız qalmır. Hər şeyə düzgün yanaşıb davam etmək lazımdı.
– Müdafiənin belə olmasının səbəbi nə idi?
– Ribeyro “Neftçi”nin futbolçusudu. O məsələ bizim üçün bitib. Komanda olaraq axsadıq.
– “Araz” “Omoniya”ya qarşı hücum futbolu oynadı. Belə olmasa, nəticə başqa ola bilərdi?
– Mən komandamı hücumda görmək istəyirəm. Hazırlığımız tam olaraq hücuma yönəlməmişdi. İki fazada hazırlaşmışdıq, alınmadı.
– Fasilədə oyunçulara nə dediz?
– Bəzi oyunlar var ki, nə etsən də alınmır. Komanda olaraq məğlub olmuşuq.
– Bolinin durumu necədi?
– Elə də ciddi zədə deyil.
– Santos fərdi oyun oynayırdı. Niyə?
– Müasir futbolda individual futbolçular da lazımdı. Onun belə bacarığı varsa, onu əlindən ala bilmərik. Patrikin, Santosun bu cür keyfiyyəti nəticəyə təsir etmədi.
– Avrokubokların “Araz-Naxçıvan” üçün bitdiyini demək olar? Azarkeşlər də sosial şəbəkədə təhdid edir.
– İşimizi sosial şəbəkədə qurmuruq. Hər kəs sərbəst fikrini bildirə bilər. Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Avqust 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















