Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

“Komandada çempion mentallığı varsa, hər şey daha da asanlaşır”

“Komandada çempion mentallığı varsa, hər şey daha da asanlaşır”

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Ayaks”, “Milan” və bütövlükdə futbol tarixinə damğa vurmuş Marko van Basten İtaliyanın “Qazetto dello Sport” nəşrinə müsahibə verib.

Qeyd edək ki, azarkeşlərin səsverməsi ilə Van Basten, Filippo İnzaqi və Andrey Şevçenkonun adı bugünlərdə klubun Şöhrət zalına daxil edilib. Onlar ötən həftəsonu “Cenoa” ilə oyundan öncə “San Siro”da xüsusi mükafata layiq görülüblər. Həmin gün həm də “Milan” 125 illik yubileyini qeyd etmişdi. “Qızıl top”un üçqat qalibi olan 60 yaşlı əfsanəvi Van Basten daha sonra italiyalı həmkarlarımızın suallarını cavablayıb.
- “Milan”la əlaqələriniz nə dərəcədə güclüdü?
- Bu formanı geymisənsə və bu şəhərdə yaşamısansa, stadionla, klubla, eləcə də onun tarixi ilə əlaqə hiss etməmək mümkün deyil. Hətta Niderlandda yaşasam da, mənim üçün qırmızı-qara rənglər, fanatlar və bu klub həmişə qəlbimdə xüsusi yerə malikdi. Oyun günləri ilk növbədə “Milan”ın nəticələrinə baxıram.
- “Milan”da oynadığınız dönəmdə qazandığınız çoxsaylı zəfərlər arasında hansını xüsus qeyd edərdiz?
- 1988/89-da qazandığımız Çempionlar Kubokunu. Barselonadakı finalda “Styaua”nı (indiki FKSB – red.) məğlub etmişdik. Uzun müddətdən sonra beynəlxalq arenada ilk titulumuzu qazanmışdıq. Bu, Berluskoninin ən böyük arzusu idi. İlk gündən dünyanın zirvəsinə çıxmağımızı və böyük bir şou göstərməyimizi istəyirdi. Biz də bunu etməklə onu sevindirdik.
- İndiki gənclərə “Milan”ın DNT-sini başa salmalı olsaz, nələr deyərdiz?
- Biz bu uğurları birləşməyi bacardığımız üçün qazanmışdıq. Komandanın başında Berluskoni və Qalliani kimi iki təcrübəli isim dayanmışdı. Berluskoninin hər şeyə öz baxış tərzi var idi və o, düzgün məşqçilər, oyunçular seçməklə arzularını həyata keçirirdi. Uzun illər ərzində bizim sözün əsil mənasında super komandamız var idi. Tassotti, Barezi, Kostakurta, Maldini və Qalli ilə Avropanın ən yaxşı müdafiə xəttinə malik idik. Yarımmüdafiədə Ançelotti, Donadoni, Raykaard, Kolombo, Albertini, hücumda mənimlə yanaşı, Qullit, Massaro, Virdis və başqaları var idi. Bizim qalib mentallığımız var idi. Yəni nəyin bahasına olur-olsun, qələbə bizim olmalıydı. Hətta sona bir neçə dəqiqə qalmış hesabda geri olarkən də təslim olmurduq. Baş məşqçi, təbii ki, önəmlidi. Amma komandada çempion mentallığı varsa, hər şey daha da asanlaşır.
- Karyeranızı erkən bitirməyə vadar edən həmin o topuq zədəsini tez-tez xatırlayırsız?
- 28 yaşda futbolla birdəfəlik vidalaşmalı olmağımla bağlı reallığı qəbul etmək çox çətin idi. Sonra Maldini, Kostakurta, Barezi, Tassotti kimi 40 yaşa qədər, hətta ondan da çox oynayan futbolçuları izlədim. Özlərini əla hiss edirdilər. Mən də bu hissləri yaşamaq istərdim. Daha 7-8 il oynamaq mənə kifayət edərdi. Təəssüf ki, bunu edə bilmədim.
- Yenidən sizin dönəminizdəki kimi böyük qələbələr qazanmaq üçün “Milan” nə etməlidi?
- Təəssüf ki, son illərdə İtaliya futbolunda “İnter” yuxarılardadı və bu, sanki “Milan” azarkeşlərinin ürəyinə vurulmuş bir zərbədi. Klub üçün asan deyil. Amma əminəm ki, “Milan” əvvəlki şöhrətini qaytaracaq. Bəlkə də heyətdə yerli futbolçuların sayını artırmaq daha faydalı olardı. İtaliyada nədənsə gənc istedadlara çox da güvənmirlər. Yığma komanda da buna görə əziyyət çəkir. Məsələn, İspaniya gənc istedadlarına daha çox dəyər verir.
- Fonsekanın aşılamağa çalışdığı oyun tərzini bəyənirsiz?
- Bizim dönəmimizdən fərqli indi komandada böyük adlar yoxdu. Ona görə də nəticə qazanmaq asan deyil. Pioli klubda uzun müddət çalışandan sonra onun yerinə Fonseka gətirildi. Səbrli olmaq və Fonsekaya vaxt vermək lazımdı.
- İbrahimoviçin “Milan”ın direktoru vəzifəsində gördüyü işlər barədə nə düşünürsüz?
- Düzünü desəm, onun direktor olacağını ağlıma da gətirmirdim. Amma İbrahimoviç uzun illər futbolun içində yer alıb və böyük təcrübəyə malikdi. Futbolun içindən gələn isimlərlə işləmək həmişə önəmlidi. Zlatan az qala dünyanın hər yerində olub. Oynadığı klublarda həmişə qalib mentallığını nümayiş etdirib. İndi bunu futbolçulara aşılamağa çalışır. O, “Milan”a zirvəyə qayıtmağa yardım edə bilər.
- Morata “Milan”da ilk mövsümdə qeyri-sabit təsir bağışlayır. Onun oyunu haqda nə düşünürsüz?
- Morata bir neçə dəfə ciddi zədə alıb. Hücumçu üçün tez-tez zədələnmək və qol duyumunu itirmək ağır bir durumdu. Amma Morata “Atletiko”da özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı və artıq yetərincə təcrübəyə malikdi. Əminəm ki, ikinci dövrədə “Milan”a daha çox fayda verəcək.
- Kamardanı “Milan”ın gələcəyi adlandırmaq olarmı?
- Çox gənc olduğunu bilirəm. Əsas komandada az oyun keçirib. Meydanda etdiyi bəzi şeyləri izləmişəm. Deyə bilərəm ki, “Milan”ın əlinə nadir bir tapıntı düşüb. Onun yaxın gələcəkdə komandaya qələbələr qazandırmağa başlayacağına inanıram.
- Siz də düşünürsüz ki, Leao dünyanın ən yaxşı oyunçularından birinə çevrilmək üçün sabitlik yaxalamalı və məhsuldarlığını artırmalıdı?
- Yaxşı təsir bağışlayır. Öz cinahında tez-tez bir və ya iki rəqibi geridə qoymağı bacarır. Başqalarında olmayan ideyalardan istifadə edir. Aydın məsələdi ki, Leaonun inanılmaz potensialı var. Sadəcə, bu potensialını hələ tam açmayıb. Fikrimcə, Leao hələ də ən güclü səviyyəsinə çatmayıb və indikindən də yaxşı oynamağa qadirdi.
- “Milan” ötən ay Çempionlar Liqasında “Bernabeu”da “Real”ı məğlub etdi. Bu qarşılaşma sizin dönəminizdə “Real”ı mübarizədən kənarlaşdırdığız oyunu xatırlatdımı?
- Bizim dövrümüzdə olduğu kimi, indi də “Real” üzərində qələbəni böyük uğur saymaq olar. Həmin oyundan bir həftə sonra Ançelotti ilə görüşdüm. “Milan”la qarşılaşmada yaxşı təsir bağışlamadıqlarını etiraf etdi. O qələbədən sonra “Milan” ruhlanaraq yaxşı nəticələr əldə etdi və turnir cədvəlində xeyli yüksəldi. Son iki turda da qalib gələcəyi təqdirdə komandanın birbaşa 1/8 finala yüksələcəyini düşünürəm. Hərçənd Avropada asan oyun olmur. Həm də indi ÇL-də qələbə haqda düşünmək bir qədər erkəndi. Amma gələcəkdə “Milan” yenidən bu turniri qazaa bilər.
- A seriyasında “Milan” çempionluq mübarizəsindən erkən çəkilib. Skudetto uğrunda mübarizədə kimi əsas favorit görürsüz?
- Bu il A seriyasında çox maraqlı mübarizə izləyirik. Çünki yuxarı pillələrdə xal baxımından komandalar bir-birinə çox yaxın qərarlaşıb. İndi turnir cədvəlinə baxsaq, 6-7 komandanın çempionluq uğrunda mübarizə apardığını görərik. Bu, tək fanatlar üçün yox, həm də İtaliya futbolu üçün müsbət haldı. Çünki ölkədən kənarda da çempionatı izləyənlərin sayı artır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri