Komandam çempion olsa, papağımı yeyəcəyəm
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhur rus aktyoru Mixaíl Boyarski TASS-a verdiyi müsahibədə futbola olan sevgisindən və “Zenit” komandasına olan bağlılığından danışıb.
Modern.az xəbər verir ki, o, Sankt-Peterburqdakı “Petrovski” stadionunda futbol matçlarını izləməyi qədim dövrlərdə hamama getmək ənənəsi ilə müqayisə edib.
Aktyor söz verib ki, əgər “Zenit” bu il birinci yeri tutsa, papağını yeyəcək:
“Mən adətən çox vəd vermirəm. Amma komandanın nüfuzu üçün çox şeyə hazıram. Əgər "Zenit" bu il çempion olsa, papağımı yeyəcəyəm – yavaş-yavaş, tikə-tikə, amma yeyəcəyəm”.
“D’Artanyan” obrazı ilə məşhurlaşan Boyarski qılıncoynatmadan söz açaraq bildirib ki, qadınların bu idman növündə çıxışlarını izləməyi daha maraqlı hesab edir: “Qadınlar çox iti, hiyləgər, gözlənilməz və cəsurdurlar. Onlar hər uğura və ya səhvə daha emosional reaksiya verirlər. Bu isə onları izləməyi daha maraqlı edir. Kişilər emosiyalarını gizlədirlər, qadınlar isə hər zaman emosiyalarını ifadə edirlər”.
Baxış sayı:124
Bu xəbər 06 Aprel 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















