Komandamız Avropa Universitetləri Futzal Çempionatında ilk oyunda qalib gəldi Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Ölkəmizi təmsil edən komanda iyulun 16-da Xorvatiyaya yola düşüb.
Keçirilən ilk oyunda komandamız 5:1 hesabı ilə İsveçrə komandasına qalib gəlib.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















