Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Tottenhem" klubunun baş məşqçisi İqor Tudor Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Atletiko"ya qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandadakı dəyişikliklərin zaman aldığını vurğulayıb:
"Biz ötürmələr üzərində işləyirik və hər məşqdə daha yaxşı nəticə göstəririk. Bundan başqa, əsas oyunçularımız sıraya dönür. Bizə daha çox vaxt lazımdır. Komandanın bütöv bir il ərzində öyrəşdiyi sistemi dərhal dəyişmək asan deyil".
Qeyd edək ki, "Tottenhem" bu mövsüm kifayət qədər uğursuz çıxış edir. London təmsilçisi Premyer Liqada aşağı pillələrdə qərarlaşıb və mövsüm ərzində baş məşqçi dəyişikliyi yaşayıb. Rəqib "Atletiko" isə La Liqada 3-cü pillədə yer alır.
Qeyd edək ki, matç bu axşam Bakı vaxtı ilə 00:00-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 10 Mart 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















