Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib Rusiya
Anews saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya tərəfi iddia edir ki, Qroznıya enə bilməyən AZAL-ın təyyarə komandirinə başqa hava limanlarına enmək təklif olunub. Bunu Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun Aktau vilayətində Embraer təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib.
"Aktau yaxınlığında "Embraer” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib. Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır. Həmin gün və həmin saatlarda Qroznı aeroportu ərazisində vəziyyət çox ağır idi. Bu zaman Ukraynanın döyüş pilotsuz təyyarələri Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal yola salınmasını nəzərdə tutan "Xalça” rejimi tətbiq edilib. Qroznı hava limanı ərazisində sıx duman olub. 500 metr hündürlükdə isə heç bir görüntü yox idi. Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki cəhd etdi, lakin uğursuz oldu. Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına getmək qərarına gəlib", - o bildirib.
Aytac
www.anews.az
Bu mövzuda digər xəbərlər:Pilot niyə Bakını yox, Aktaunu seçib?
26 Dekabr 2024 20:11
Keçmiş komandirə cinsi təcavüz cəzası
22 Noyabr 2024 14:53
Pilotlarımız Aktaunu buna görə seçib Qəza ilə bağlı mühüm DETALLAR
13 Yanvar 2025 12:15
Naxçıvanda əsgərin qətli: komandirə cəza istənildi
11 Aprel 2025 13:27
DSX əsgəri komandirə görə ÖZÜNÜ GÜLLƏLƏDİ
28 Noyabr 2025 11:42
Baxış sayı:104
Bu xəbər 27 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















