Komaya düşən vəzifəli şəxsin son durumu açıqlandı
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son durumu açıqlanıb.
V.Vəliyevin oğlu, jurnalist Səbuhi Vaqifoğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, atası süni nəfəs aparatına qoşulub və hələ də komadadır.
“Adətən, bu cür hallarda 72 saat ən vacib mərhələ sayılır. Lakin ən önəmlisi odur ki, atamın səhhətində geriləmə yoxdur, təzyiq də normallaşıb. Dünən vəziyyət daha kritik ola bilərdi. Antibiotiklərin təsiri isə 2-3 gün ərzində özünü göstərəcək. Hələlik çağırışlara reaksiya vermir, yalnız ağzını tərpədib. Həkimlər bunu müsbət hal kimi qiymətləndirirlər. Bu da o deməkdir ki, beyin ölümü baş verməyib, hələ fəaliyyət göstərir”. pizza hut
S.Vaqifoğlunun sözlərinə görə, bir il altı ay əvvəl atasında şəkər xəstəliyi aşkarlanıb və səhhəti pisləşib: “Amma vəziyyəti stabilləşmişdi. Bir neçə dəfə pnevmoniya keçirsə də, o zaman da sağalmışdı. İndi isə qanına infeksiya keçib. Ona görə də komaya düşüb”.
Aytac Əliyeva


