Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Sabirabad rayonunun ən ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında baş vermiş hadisənin fəsadları hələ də aradan qaldırılmayıb. Söhbət 2-ci Küryan kollektoru üzərində yerləşən körpünün uçmasından gedir.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində pambıqyığan kombayn aşaraq su kanalına düşmüşdü.
Artıq avqust ayı olmasına baxmayaraq, sözügedən körpü hələ də qəzalı vəziyyətdədir. Bu isə sakinləri ciddi narahat edir. Onların sözlərinə görə, körpü uçduqdan sonra aidiyyəti qurumlar alternativ yolun çəkiləcəyini də bildiriblər.
Sakinlər deyirlər ki, bu körpü təkcə Sarxanbəyli kəndi üçün deyil, bir neçə yaşayış məntəqəsinin əhalisi üçün həyati əhəmiyyət daşıyır. Onlar Şirvan və Salyan istiqamətinə getmək üçün məhz bu körpüdən istifadə ediblər.
Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, körpünün bərpası üçün yuxarı təşkilatlara məlumat verilib və smeta da ayrılıb. Yaxın günlərdə əraziyə texnika gətirilərək körpünün tikintisinə başlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 Avqust 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















