Icma.az
close
up
RU
Kombi alarkən bunlara diqqət etmək vacibdir MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Kombi alarkən bunlara diqqət etmək vacibdir MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Payız və qış aylarında vətəndaşların ən çox ehtiyac duyduğu avadanlıqlardan bir də kombidir. Sazlığı qaydasında olmayan və tez-tez xarab olan kombilər soyuq günlərdə insanlar üçün ciddi problemə çevrilə bilir.
Kombi alarkən, yaxud istifadə zamanı hansı amillərə diqqət etmək lazımdır? Seçimində hansı nüanslar önəmlidir?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Alahverdiyev bildirib ki, kombi alarkən onun setifikatına, markasına və ehtiyat hissələrinin satışda olub-olmamasına diqqət etmək çox vacibdir:
“Kombi alarkən vətəndaşların diqqət etməli olduğu əsas amillərdən biri onun keyfiyyət sertifikatının olması, brend marka olması, az təzyiqli qazla işləməsi və servisində ehtiyat hissələrinin olmasıdır. Ümumiyyətlə müştəri kombi almadan öncə, mütləq servisə gedib onunla maraqlanmalı, ehtiyat hissələrinə baxmalıdır. Ən əsası alacağı kombinin ustasının olub-olmadığını dəqiqləşdirməlidir. Yəni bir kombi seçərkən, daha sonra yaranacaq nasazlıqları aradan qaldırmaq üçün bunlar mütləqdir. Orijinal  yüksək keyfiyyətli və brend kombilər, Azərbaycana Avropadan gəlir. kombinin az təzyiqli qazla işləyib-işləməməsinə də diqqət etmək lazımdır. Kombinin altında yerləşən seriyada nömrəsindəndə onun hansı ölkə istehsalı olması bilinir. Vətəndaş kombi almadan öncə həmin seriyanı internetdə yoxlasa, daha yaxşı olar”.
Mütəxəssis qeyd edib ki, kombinin sazlığını təmin etmək üçün onların illik texniki baxışını həyata keçirmək mütləqdir:
“Kombilər ərazinin iqlim şəraitinə görə seçilir və bu da mütləq şəkildə mühəndislərə həvalə edilir. Mühəndisə ya evin sahəsi verilir və yaxud da hesablamasında özü iştirak edir. Evin sahəsinə uyğun radiatorlar qoyulur. Radiatorların da keyfiyyət sertifikatına mütləq baxılmalıdır, çünki onun istilik paylaması keyfiyyətli deyilsə, düzgün istilik paylanması olmayacaq. Məsələn, müştəri əgər evin sahəsinə uyğun radiator seçsə belə, keyfiyyətsiz olduqda istiliyin paylanması ona bəs etməyəcək. Yaşadığı əraziyə görə ortaq dərəcə hesablanmalı, olan uyğun istilik paylanmasi seçilməlidir. Daha sonra kombinin montajı üçün daha təhlükəsiz yer seçilir və gələcəkdə baxımı üçün yerləşdirilməlidir.  Kombini yağış düşən yerə, hamama və nəmli yerlərə qoymaq qəti qadağandır. Kombi təhlükəsiz yerə qoyulmalıdır ki, gələcəkdə təmirə ehtiyac olan zaman usta ona müdaxilə edə bilsin. Kombi qoyulduqdan sonra məsləhətdir ki, ona ildə 1 dəfə texniki baxış keçirilsin. Burada suyun codluq və qazın temiz olması əsas amillərdən biridir, əgər bunlar qaydasında deyilsə ildə mütəmadi olaraq baxış keçirlir. Əgər bunlar qaydasındadırsa, 2-3 ildən bir texniki baxış, 3-4 ildən bir isə sistem yuyulmalıdır. Sistem mühəndis hesablamasına görə çəkilməlidir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri