Icma.az
close
up
RU
Kombi alarkən bunlara diqqət etmək vacibdir MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Kombi alarkən bunlara diqqət etmək vacibdir MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Payız və qış aylarında vətəndaşların ən çox ehtiyac duyduğu avadanlıqlardan bir də kombidir. Sazlığı qaydasında olmayan və tez-tez xarab olan kombilər soyuq günlərdə insanlar üçün ciddi problemə çevrilə bilir.

Kombi alarkən, yaxud istifadə zamanı hansı amillərə diqqət etmək lazımdır? Seçimində hansı nüanslar önəmlidir?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev bildirib ki, kombi alarkən onun setifikatına, markasına və ehtiyat hissələrinin satışda olub-olmamasına diqqət etmək çox vacibdir:

“Kombi alarkən vətəndaşların diqqət etməli olduğu əsas amillərdən biri onun keyfiyyət sertifikatının olması, brend marka olması, az təzyiqli qazla işləməsi və servisində ehtiyat hissələrinin olmasıdır. Ümumiyyətlə müştəri kombi almadan öncə, mütləq servisə gedib onunla maraqlanmalı, ehtiyat hissələrinə baxmalıdır. Ən əsası alacağı kombinin ustasının olub-olmadığını dəqiqləşdirməlidir. Yəni bir kombi seçərkən, daha sonra yaranacaq nasazlıqları aradan qaldırmaq üçün bunlar mütləqdir. Orijinal yüksək keyfiyyətli və brend kombilər, Azərbaycana Avropadan gəlir. kombinin az təzyiqli qazla işləyib-işləməməsinə də diqqət etmək lazımdır. Kombinin altında yerləşən seriyada nömrəsindəndə onun hansı ölkə istehsalı olması bilinir. Vətəndaş kombi almadan öncə həmin seriyanı internetdə yoxlasa, daha yaxşı olar”.

Mütəxəssis qeyd edib ki, kombinin sazlığını təmin etmək üçün onların illik texniki baxışını həyata keçirmək mütləqdir:

“Kombilər ərazinin iqlim şəraitinə görə seçilir və bu da mütləq şəkildə mühəndislərə həvalə edilir. Mühəndisə ya evin sahəsi verilir və yaxud da hesablamasında özü iştirak edir. Evin sahəsinə uyğun radiatorlar qoyulur. Radiatorların da keyfiyyət sertifikatına mütləq baxılmalıdır, çünki onun istilik paylaması keyfiyyətli deyilsə, düzgün istilik paylanması olmayacaq. Məsələn, müştəri əgər evin sahəsinə uyğun radiator seçsə belə, keyfiyyətsiz olduqda istiliyin paylanması ona bəs etməyəcək. Yaşadığı əraziyə görə ortaq dərəcə hesablanmalı, olan uyğun istilik paylanmasi seçilməlidir. Daha sonra kombinin montajı üçün daha təhlükəsiz yer seçilir və gələcəkdə baxımı üçün yerləşdirilməlidir. Kombini yağış düşən yerə, hamama və nəmli yerlərə qoymaq qəti qadağandır. Kombi təhlükəsiz yerə qoyulmalıdır ki, gələcəkdə təmirə ehtiyac olan zaman usta ona müdaxilə edə bilsin. Kombi qoyulduqdan sonra məsləhətdir ki, ona ildə 1 dəfə texniki baxış keçirilsin. Burada suyun codluq və qazın temiz olması əsas amillərdən biridir, əgər bunlar qaydasında deyilsə ildə mütəmadi olaraq baxış keçirlir. Əgər bunlar qaydasındadırsa, 2-3 ildən bir texniki baxış, 3-4 ildən bir isə sistem yuyulmalıdır. Sistem mühəndis hesablamasına görə çəkilməlidir”.

Nazim Hacıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Noyabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri