Icma.az
close
up
RU
Komendantın sözü qanundur? “1 milyon adam bu problemdən əziyyət çəkir”

Komendantın sözü qanundur? “1 milyon adam bu problemdən əziyyət çəkir”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Ümumiyyətlə, ölkədəki yeni tikililərdə olan idarəetmə fondlarının 99 faiz qanunlara zidd şəkildə fəaliyyət göstərir. Orta hesabla 2200 yeni binada təxminən 1 milyona yaxın mənzil sahibi bu problemdən əziyyət çəkir”.

Bu sözləri "Yeni Sabah"a əmlak eksperti Elnur Azadov deyib.

O bildirib ki, hətta həmin müştərək cəmiyyətlərin bir çoxunun fəaliyyətində oxşar qanunsuzluqlar var:

“Komendant özbaşınalığı, yaşayış komplekslərində vəsaitlərin özbaşına toplanması, “yeyilməsi” və s. kimi faktları sadalamaq olar. İndiyədək təxminən 2200 yeni binada cəmi-cümlətanı 200-220-də müştərək cəmiyyətlər yaradılıb. Hətta həmin müştərək cəmiyyətlərin bir çoxunun fəaliyyətində qanunsuzluqlar var.

Adətən, vətəndaşlardan vəsait toplanılır və bu vəsait özlərinə qarşı istifadə olunur. Yəni bu vəsaitdən yalnız komendantlar və idarəçilər faydalanırlar. Bu problem təxminən 1 milyona yaxın mənzil sahibini əhatə etməkdədir.

Kommunal haqların ödənilməməsinə görə liftdən istifadənin məhdudlaşdırılması, blokun giriş qapısının bağlanması kimi sanksiya addımlar birbaşa bina komendantlarının özbaşınalığıdır. Axı kommunal haqları ödəməyən hansı şəxslərdir? O adamlar ki, bu kimi özbaşınalıqları qəbul etmirlər!

Misal üçün, blokların qapısına quraşdırılmış "domofon" (çağrı aparatı - red.) bütün yaşayış komplekslərində var. Məntiqlə bunu təhlükəsizliyə görə edirlər ki, oğrular binaya girməsin. Amma oğruya lazım olsa, blokun qapısında dayanacaq və min bir bəhanə ilə hansısa sakinlə birlikdə binaya girəcək”. 

Elnur Azadov vurğulayıb ki, sakinlər onlara təklif olunan fərdi xidmətlərin seçilməsində azaddır:

“Mən şəxsən geniş şəkildə rastlaşdığım bir şeyi deyəcəm. Misal üçün, internet və kabel televiziyası. İstənilən provayder çoxmənzilli binaya daxil olub öz xidmətlərini vətəndaşlara təklif edə bilər. Təəssüf ki, yeni tikililərdə bu mümkün deyil. Bütün sakinlər məcburdur bir provayderdən istifadə etsin.

Ona görə ki, hər abonentdən aybaay komendant, yaxud idarəedici şirkət yararlanır. Konkret desək, komendant haqq alır.

Ümumiyyətlə, kooperativlərin, müştərək cəmiyyətlərin yaradılması düzgün aparılmır. İdarəetmə təşkilatçılığı yoxdur. Qanunla bu məsələ birbaşa vətəndaşların üzərinə düşür. Olmayan yerdə sosial rifahı təmin etmək üçün bu işi bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli idarəetmə qurumu olduğu üçün vətəndaşlar arasında təbliğat işi aparmalıdır. Onlar izah etməlidir ki, sakinlər müştərək cəmiyyətlər yaratsın. Amma bələdiyyələr özlərinə baş ağrısı olmasın deyə heç nə etmir. Ona görə də ölkədə yaşayış komplekslərinin 90 faizində müştərək cəmiyyət yaradılmayıb.

Bina tikən bunu öz biznesi kimi əlində saxlayır və bu, illər boyu davam edir. Qanunvericiliklə əgər sakin xidmət haqqını ödəmirsə, müştərək cəmiyyət ona qarşı müəyyən sanksiyalar tətbiq edə bilər. Yalnız müştərək cəmiyyət vətəndaşları məhkəməyə verə bilər. MTK yaxud hansısa qeyri-qanuni komendant yox”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri