Icma.az
close
up
RU
Qərbdə Azərbaycana qarşı yeni təxribatlar hazırlanır: Avropalı siyasətçi dostcasına təhdid etdi

Qərbdə Azərbaycana qarşı yeni təxribatlar hazırlanır: Avropalı siyasətçi dostcasına təhdid etdi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Şurasına Qərbin ermənipərəst qurumlarından Ermənistanın maraqlarına uyğun sülh sazişinin imzalanmasına nail olmaq təminatı verilib... Halbuki, Azərbaycana qarşı bütün növ təzyiq metodları sınaqdan keçirilsə də, rəsmi Bakı Qərbə erməni narrativləri ilə bu prosesə müdaxilə şansı tanımayıb...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz üzərində geopolitik oyunların qurulmasına yönəlik cəhdlər hələ də davam edir. Xüsusilə də, Rusiyanın bu regionda yenidən öz təsir mexanizmlərini bərpa etməyə can atması geopolitik situasiyanın daha da qəlizləşməsinə yol açmağa başlayıb. Belə ki, Kremlin Cənubi Qafqaza təkrar qayıdışı hazırda region dövlətlərinin maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və bu baxımdan, Rusiya bu cəhdlərinə hələlik ümidverici dəstək qazanmağa nail olmayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb də Rusiyanın Cənubi Qafqazda fəallaşmasına qarşı müqavimət göstərməyə çalışır. Hər halda, Kreml hərəkətə keçdikdən dərhal sonra ABŞ-ın dövlət katibi Marko Rubio gözlənilmədən regional sülh prosesini diqqətlə izlədiklərini bəyan etdi. O, Ağ Evin Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən qısa zamanda imzalanmasında maraqlı olduğunu vurğuladı. Və buna nail olmaq üçün ABŞ-ın hər iki tərəfə dəstək verməyə hazır olduğunu da qabartdı.

Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanın Cənubi Qafqaza qayıdışını bloklamağın ən effektiv yolunun məhz regional sülh və sabitlik olduğunu tam dəqiqliyi ilə müəyyən edib. Çünki Kreml Cənubi Qafqaza birmənalı şəkildə hərbi-siyasi xaosa yol açan geopolitik alətlər üzərindən təsir göstərməyə çalışır. Əgər, bu geopolitik alətlər aradan qaldırılarsa, Rusiya üçün regiona real təsir mexanizmləri də qalmamış olacaq. Və nəticədə Rusiya region dövlətləri ilə ikitərəfli münasibətlər ilə kifayətlənmək məcburiyyətində qalacaq.

Ancaq ABŞ və Qərbə bu geostrateji hədəfin reallaşdırılmasında "erməni faktoru" əngəl törədir. Çünki Cənubi Qafqazda geopolitik maraqları olan dövlətlərin hakim dairələri daha çox ermənipərəst mövqedən çıxış edirlər. Nəticədə sülh və sabitlik hədəflərini yalnız erməni narrativləri ilə yükləməyə çalışırlar. Və bu, həm rəsmi Bakının Qərbə etimadsızlığına yol açır, həm də regional sülh prosesinə neqativ təsir göstərir.

Ona görə də, rəsmi Bakı indiyə qədər yalnız Rusiyanın deyil, elə ABŞ və Qərbin də Cənubi Qafqazda sülh prosesinə müdaxilə etmək cəhdlərini qətiyyətlə bloklayır. Azərbaycan Ermənistanla regionda geopolitik maraqları olan qərəzli kənar vasitəçilərin iştirakı ilə deyil, məhz ikitərəfli birbaşa təmaslara üstünlük verir. Rəsmi Bakının bu formata üstünlük verməsinin nəticəsi olaraq, Azərbaycan və Ermənistan artıq yekun sülh sazişinin mətnini də tam şəkildə razılaşdırlblar. Və bu baxımdan, prosesin davamında kənar müdaxilə cəhdləri yalnız neqativ nəticələr doğura bilər.

Ancaq təəssüf ki, Qərbdə bəzi ermənipərəst siyasi dairələr bu reallıq ilə barışmaq istəmir. Ona görə də, israrla regional sülh prosesinə müdaxilə etməyə, üstəlik, öz niyyətlərini erməni narrativləri ilə arqumentləşdirməyə cəhd göstərirlər. Avropa Şurasının baş katibi Alen Bersenin son müəmmalı açıqlaması da bunu təsdiqləyir. Və rəsmi Bakının Qərb qurumlarına etimad göstərməməsinə haqq qazandırmış olur.

Məsələ ondadır ki, Avropa Şurasının baş katibi Cənubi Qafqazda sülh prosesi ilə çoxdan maraqlandıqlarını vurğulayıb. Avropa Şurasının baş katibi bildirib ki, bu barədə həm Azərbaycan, həm də Ermənistan rəsmi dairələri ilə müzakirələr aparıb. Alen Burse Avropa Şurasının bu məsələ ilə bağlı irəliləmək istədiklərini bildirib və Ermənistanın sülh sazişi istiqamətində olduqca vacib addımlar atdığını da vurğulayıb. Və elə bu açıqlama Avropa Şurasının sülh prosesinə erməni narrativləri ilə qərəzli yanaşdığını göstərir.

Birincisi, Cənubi Qafqazda sülh prosesinin Avropa Şurasının dəstəyinə ehtiyacı olduğu ilə bağlı hər hansı ciddi arqument mövcud deyil. Ona görə də, Alen Borsenin təktərəfli şəkildə bu proses üzrə irəliləmək iddiası ən azından siyasi-diplomatik etikaya uyğun deyil və yersiz kənar müdaxilə cəhdi anlamı daşıyır. Ən əsası isə Azərbaycan və Ermənistan yekun sülh sazişini məhz Avropa Şurasının iştirakı olmadan ikitərəfli birbaşa təmaslar ilə razılaşdırıblar. Və deməli, Avropa Şurasına da, onun kobud müdaxilə xarakteri daşıyan, prosesi poza biləcək "dəstəyinə" də hazırda qətiyyən ehtiyac yoxdur.

Digər tərəfdən, yekun sülh sazişi Ermənistan tərəfindən tək tərəfli olaraq, qəbul edilməyib. Yəni, Azərbaycan və Ermənistan bu barədə ortaq qərar qəbul ediblər. Avropa Şurası baş katibinin Azərbaycanı kənarda tutaraq, Ermənistanın sülh istiqamətində önəmli addımlar atdığını qeyd etməsi də bu baxımdan, Qərbin ənənəvi qərəzini göstərir. Və bu, Avropa Şurasının iştirakı ilə sülh prosesinin pozitiv istiqamət ala bilməyəcəyini növbəti dəfə təsdiqləyir.

Nəhayət, Avropa Şurasının baş katibi Türkiyənin də Azərbaycan və Ermənistan arasında sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlı olduğunu vurğulayıb. Ardınca isə bildirib ki, bu məsələdə son nöqtəni qoymaq üçün Azərbaycana "dostcasına təzyiqlər" göstərmək lazımdır. Bu, o deməkdir ki, Avropa Şurasının baş katibi Qərbin ermənipərəst qurumlarından Ermənistanın maraqlarına uyğun sülh sazişinin imzalanmasına nail olmaq təminatı alıb.

Ancaq Alen Borsenin unutduğu bir önəmli məqam da var. Qərb qurumları indiyə qədər Azərbaycana qarşı bütün növ təzyiqləri ediblər. Ancaq rəsmi Bakı Qərbin erməni narrativləri ilə bu prosesə müdaxilə etməsinə imkan verməyib. Əgər, Avropa Şurasının baş katibi doğrudan da Cənubi Qafqazda sülh və sabitlik istəyirsə, onda Azərbaycana deyil, məhz Ermənistana "dostcasına təzyiqlər" göstərməlidir. Çünki məhz Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən maddələrin olması, eləcə də rəsmi İrəvanın Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciətdən yayınması sülh prosesi qarşısında əsas əngəldir.

Ermənistan bu iki şərti yerinə yetirməyincə, rəsmi Bakı yekun sülh sazişini imzalamaq niyyətində deyil. Böyük ehtimalla Avropa Şurasının baş katibi Alen Borse də ermənipərəst Qərb dairələrindən xüsusi təlimatlar alaraq, Ermənistanı bu iki şərtin icrasından yayındırmağa cəhd göstərir. Və bu baxımdan, Avropa Şurasının baş katibinin "dostcasına təzyiqlər" təhdidi Qərbdə Azərbaycana qarşı yeni təxribat kampaniyasının hazırlandığını biruzə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 İyun 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see186

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see163

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see156

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see154

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see151

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see149

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see137

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see131

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see130

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see128

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see126

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see124

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see122

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri