Icma.az
close
up
RU
Komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər Ceyhun Məmmədov

Komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər Ceyhun Məmmədov

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bir neçə gün bundan əvvəl ABŞ-nin Dini Azadlıq Komissiyası növbəti illik hesabatı dərc etdi. Əvvəlki illərdə olduğu kimi, budəfəki hesabatda da həqiqəti əks etdirməyən bir çox məlumatlar əksini tapıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün nəinki Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin etiqad azadlığı təmin olunub, hətta onlar arasında fərq qoyulmadan hər birinə davamlı olaraq dövlət büdcəsindən maliyyə ayrılır”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, dəfələrlə müxtəlif ölkələri təmsil edən dini liderlər Azərbaycanın xaricə idxal edə biləcəyi sərvətlərdən birinin tolerantlıq və multikulturalizm olduğunu söyləyiblər: “Bu dünyanın çox az ölkələrində rast gəlinən faktlardandır. 

Bu gün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən bu komissiya Ermənistanda və Qarabağda azərbaycanlıların başına gətirilən müsibətləri görməzlikdən gəlir. Təkcə Ermənistan ərazisində 400-ə yaxın məscid, 500 qəbiristanlıq dağıdılıb. Eyni zamanda Qarabağda 67 məscid dağıdılıb. Hətta yeganə pravoslav kilsəsi belə dağıdılıb. 

Bu gün bizi Qarabağda yaşayan ermənilərin hüquqlarını pozmaqda ittiham edənlər 30 il ərzində məscidlərimizin dağıdılmasına, içərisində donuz və inək saxlanılmasına hər zaman göz yumdular. Bu gün də eyni siyasət davam edir. Onlar erməni diaspor və lobbi təşkilatlarından maliyyə vəsaitləri alaraq ölkəmizə qarşı qarayaxma kompaniyasını davam etdirirlər. 

Reallıq isə tamam fərqlidir. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir. Azərbaycan müsəlman ölkəsi olsa da heç zaman məscidi kilsə və sinaqoqdan ayırmayıb. Onlara hər zaman bərabər münasibət sərgiləyib. Bu reallığı yuxarıda qeyd etdiyim kimi, artıq bütün dünya qəbul edib”.

Deputatın sözlərinə görə, yaxşı olar ki, bu komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər. Azərbaycana qarşı bu cür kapmaniya və təxribatlara son qoymağın vaxtı çoxdan çatıb. “Onlar onsuz da heç zaman çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Bunun üçün sadəcə gözlərini açıb həqiqəti görməlidirlər. Həqiqət isə birdir”, - o qeyd edib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri