Icma.az
close
up
RU
Dövlət Vergi Xidməti 643 vergi ödəyicisi üzrə materialları istintaqa göndərib

Dövlət Vergi Xidməti 643 vergi ödəyicisi üzrə materialları istintaqa göndərib

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materialları aidiyyəti istintaq orqanına göndərib.

“Report” bu barədə DVX-yə istinadən xəbər verir.

Həmçinin “İnzibati icraat haqqında” Qanuna əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib.

Bundan başqa, vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7 008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.

“2024-cü ildə borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajların göndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsi təmin olunub”, - DVX bəyan edib.

Qeyd edək ki, vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT Metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, Dövlət Vergi Xidməti tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://report.az
archiveBu xəbər 31 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri