Icma.az
close
up
RU
Komitə sədri Polşada Azərbaycan icması ilə görüşüb

Komitə sədri Polşada Azərbaycan icması ilə görüşüb

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki bu barədə qurumdan məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də noyabrın 7-də Krakov şəhərində baş vermiş hadisənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov çıxışında Zəfər Gününün tariximizdəki əhəmiyyətindən danışıb. Bu əlamətdar günün xalqımızın milli birliyinin, iradəsinin və əzminin təcəssümü olduğunu bildirib. Polşada yaşayan soydaşlarımızın Azərbaycanın tanıdılması, milli maraqlarımızın təbliği və Azərbaycan-Polşa əlaqələrinin inkişafındakı fəal iştirakının vacibliyini vurğulayıb.

Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyətini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda mübarizəni, Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbəni əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda, həmçinin şəhidlərin xatirəsinə ehtiram və xalqımızın birlik, həmrəylik ruhu əksini tapıb.

Komitə sədri Fuad Muradov soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, dövlətimiz və xalqımız Azərbaycan torpaqlarının 30 il davam edən işğalı ilə heç vaxt barışmayıb. Bu qətiyyətin və əzmin nəticəsidir ki, altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək şanlı Zəfər qazanıb. Sədr 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini, qazilərin qəhrəmanlığının və fədakarlığının yüksək qiymətləndirildiyini qeyd edib.

Tədbirdə Komitənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və diaspor təşkilatlarına göstərilən dəstək mexanizmləri barədə məlumat verilib. Xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsinin, diaspor təşkilatları arasında əlaqələndirmənin gücləndirilməsinin və gənc nəslin Azərbaycanla bağlarının möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov Zəfər Gününün Azərbaycan xalqının tarixində silinməz iz qoyduğunu, bu Qələbənin gələcək nəsillər üçün də qürur mənbəyi olduğunu vurğulayıb.

Daha sonra Koordinasiya Şurasının fəaliyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, gələcək təşəbbüslərlə bağlı təkliflər səsləndirilib. İcma üzvlərinin sualları cavablandırılıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi və onların diaspor fəaliyyətinə daha fəal cəlb olunması məsələləri müzakirə edilib. Həmçinin milli bayramların və əlamətdar günlərin birgə qeyd olunmasının icma daxilində həmrəyliyin gücləndirilməsinə töhfəsi qeyd olunub. Soydaşlarımız birgə fəaliyyətə göstərilən dəstəyə görə minnətdarlıq edib, əməkdaşlığın daha səmərəli nəticələr verdiyini söyləyiblər.

Toplantının sonunda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Varşava və Katovitse şəhərləri üzrə koordinatorlar seçilib.

Tədbir Polşada yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri