Icma.az
close
up
RU
Komitə sədri EAPCA rəhbərliyi ilə görüşüb

Komitə sədri EAPCA rəhbərliyi ilə görüşüb

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov, diaspor fəalı olan ictimai xadimlər - Vasif Muradlı, Arzu Muradlı, Ofeliya Babayeva ilə görüşüb. Görüşdə EAPCA Azərbaycan nümayəndəliyinin rəhbəri, millət vəkili, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı iştirak edib.

Komitə sədri qonaqları salamlayaraq Azərbaycan diaspor təşkilatlarının Avropa məkanında gördüyü işlərin önəmindən danışıb. O bildirib ki, Avro-Atlantik müstəvidə təşkilatlanma, lobbiçilik fəaliyyəti, qərəzli siyasi təzyiqlərə qarşı koordinasiyalı mübarizə və beynəlxalq institutlarla təmaslar təqdirəlayiqir.

Görüş zamanı EAPCA-nın Avropa Parlamenti, NATO, UNESCO, ATƏT və digər beynəlxalq qurumlarla apardığı iş, dövlətimizə qarşı yönəlmiş qərəzli təşəbbüslərə verdiyi operativ reaksiyalar, Xocalı Soyqırımı ilə bağlı anım tədbirləri və Avropa ölkələrində keçirilən diaspor görüşləri barədə komitə sədrinə ətraflı məlumat təqdim olunub.

Komitə sədri özəlliklə vurğulayıb ki, Azərbaycan diasporu mədəni kimliyin yaşadılması ilə yanaşı, həm də ölkəmizin beynəlxalq informasiya məkanında möhkəm və obyektiv təmsilçiliyi sayıla bilər. Bu baxımdan EAPCA kimi platformaların fəaliyyəti yeni əməkdaşlıq imkanları açır.

Qarşıdakı dönəmdə diaspor təşkilatları ilə komitə arasında informasiya mübadiləsi, beynəlxalq təşkilatlarla işdə birgə təşəbbüslər və müxtəlif ölkələrdə keçiriləcək tədbirlərdə haqlı mövqeyimizin daha çevik təqdim olunması barədə ətraflı müzakirələr aparılıb.

Fazil Mustafa sonda yeni kitablarını qonaqlar üçün imzalayıb.

seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri