Icma.az
close
up
RU
Komitə sədri tanınmış rəssam Fikrət İbrahimlini 70 illik yubileyi ilə bağlı təbrik edib

Komitə sədri tanınmış rəssam Fikrət İbrahimlini 70 illik yubileyi ilə bağlı təbrik edib

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Fikrət İbrahimlini 70 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:

“Hörmətli Fikrət müəllim,
Sizi - Azərbaycan təsviri sənətinin inkişafında özünəməxsus dəsti-xətti, duyum və duruşu ilə seçilən ictimai və sənət xadimini 70 illik yubileyiniz ilə bağlı ürəkdən təbrik edirəm!

Sizin təbiət və tarix, insan və ruh, məkan və zaman, eləcə də mənəvi dəyərlər kontekstində yaratdığınız əsərlər bir tərəfdən sənət estetikasına, digər tərəfdən milli-mənəvi yaddaşa xidmət edir. Azərbaycan təsviri sənətində seçilən rəssam kimi Siz, həm də milli mədəniyyətimizin fədakar daşıyıcılarındansınız.

Neftçalanın Xıllı qəsəbəsindən başlayan həyat yolunuz, ustad Adil Hacıyevdən aldığınız ilkin sənət dərsləri, sonradan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, ardınca Mədəniyyət və İncəsənət Universitetində qazandığınız peşəkarlıqla birlikdə Sizi bu gün Azərbaycan sənət cameəsində sayılıb-seçilən bir şəxsiyyətə çevirmişdir.

Əminəm ki, əsərləriniz bundan sonra da Azərbaycan rəssamlıq məktəbinin zəngin xəzinəsinə töhfələr verəcək, gələcək nəslin estetik zövqünün formalaşmasında öz təsirini göstərəcəkdir.

Sizə yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı, uzun ömür və tükənməz sənət eşqi arzulayıram”!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri