Icma.az
close
up
RU
Komitə sədri: “Təhlükəsizliyə ayrılan vəsait...”

Komitə sədri: “Təhlükəsizliyə ayrılan vəsait...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər (xüsusi çəkisi 20,9 faiz) Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır.

Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və hərbi müdafiə ilə məhdudlaşmır. Bu gün təhlükəsizlik həm də informasiya müharibələrinə qarşı mübarizə, kiberməkanda müdafiə, enerji və kommunikasiya infrastrukturlarının qorunması, ictimai sabitliyin və daxili asayişin təminatı deməkdir.

2026-cı ildə təhlükəsizlik büdcəsinin artırılması həm də kibertəhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətlərində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazası yaradacaq”, - o qeyd edib.

A.Nağıyev əlavə edib ki, bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə və milli texnoloji potensialın yüksəlməsinə xidmət edəcək:

“Biz artıq silah və sursat idxal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik.Unutmamalıyıq ki, təhlükəsizlik - iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin zəiflədiyi yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür.

Təhlükəsizlik büdcəsinə əlavə vəsait ayrılması dövlətin maliyyə yükünün artırılması deyil, əksinə, millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir.

Bu baxımdan mən 2026-cı il üçün tTəhlükəsizlik büdcəsinin artırılmasını tam şəkildə dəstəkləyir və hesab edirəm ki, bu qərar dövlətimizin müstəqilliyini, sabitliyini və suverenliyini daha da gücləndirəcək”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri