Komitə sədrindən ETİRAZ: Bu kreditlər sahibkarlara sərf etmir!
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bank tərəfindən verilən kreditlər orta və kiçik sahibkarlara sərf etmir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Kredit faizləri aşağı salınmalıdır.Kreditlər faizləri aşağı salınmalıdır ki, sahibkarlar yeni obyektlər aça bilsin, güzəştlərdən yararlana bilsin. Digər bir tərəfdən ölkədə 22 bank fəaliyyət göstərir, amma bunların sayı azdır. Ölkədə regional və beynəlxalq bankar açılmalıdır”.
Deputat həmçinin bankların aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə nəzər yetirib:
“Biz bilirik ki, bankların çoxu şəhid və qazi ailələrinin borclarını siliblər, ona görə də təşəkkür edirik. Amma aztəminatlı ailələrin təhsil haqlarını ödənilməsi məsələsi də gündəmdə olmalıdır. Bankların hər biri ən azı 10 aztəminatlı ailənin təhsil haqlarını öz üzərinə götürə bilər. Bununla bağlı dünyada hər bir ölkədə təcrübələr var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 07 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















