Icma.az
close
up
RU
MM in komitə sədrindən Latviya parlamentinə ETİRAZ

MM in komitə sədrindən Latviya parlamentinə ETİRAZ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Latviya Seyminin Milli təhlükəsizlik üzrə komissiyasının Azərbaycan vətəndaşlarının da bu ölkəyə gedən zaman səfərlərinin məqsədi ilə bağlı informasiya təqdim edilməsini və Latviya Dövlət Təhlükəsizlik Xidmətinin icazəsinin alınmasını nəzərdə tutan qanunvericiliyə dəyişiklik təklifi qəbuledilməzdir”.

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının Latviyaya giriş şərtlərinin sərtləşdirilməsi ilə bağlı təkliflər baxılmaq üçün bu il yanvarın 16-da Seymin komissiyalarına təqdim edilib. Qanun layihəsinin annotasiyasında Azərbaycanın da adı qeyd edilib. Seymin Milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri Janis Dombrava qanun layihəsinin müzakirəsində vurğulayıb ki, MDB ölkələrinin vətəndaşları üzərində nəzarəti gücləndirmək lazımdır. Qeyd edib ki, həmin dövlətlərin vətəndaşları Latviyaya daxil olmazdan əvvəl özləri haqqında sorğu anketi doldurmalı, səfərin məqsədi, gözlənilən vaxt və qalma yeri, səfərin marşrutu barədə məlumat verməlidir.

Komissiyaların müzakirəsinə “Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər də təqdim edilib ki, bu dəyişikliklərə əsasən, MDB ölkələrinin vətəndaşları Latviyanın sərhəd zonasına yalnız Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin razılığı ilə daxil ola biləcəklər.

Arzu Nağıyevin sözlərinə görə, Latviya Seyminin Milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri müzakirələr zamanı iddia edib ki, həmin dövlətlər Rusiya və Belarus vətəndaşları ilə bağlı heç bir yoxlama aparmır, buna görə də MDB ölkələrinin vətəndaşlarına nəzarəti gücləndirmək lazımdır. Qanun layihəsinin annotasiyasında da qeyd olunur ki, MDB-yə daxil olan ölkələrin təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahəsində Rusiya ilə sıx əlaqələri var. Buna görə də onlar Rusiyanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb oluna, gələcəkdə bundan Latviyada təxribat kimi istifadə edilə bilər: “Düşünürəm ki, Azərbaycan vətəndaşlarının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi ilə bağlı bu iddialar absurddur. Latviya parlamentində təklif olunan bu düzəlişlər də anlaşılmazdır. MDB məkanında hər bir dövlətin müstəqil vətəndaşları və vətəndaşların hüquqlarını qoruyan Konstitusiyası var”.

Komitə sədri qeyd edib ki, Azərbaycana da çoxsaylı Latviya vətəndaşı səfər edir: “Bu məntiqlə biz də eyni qaydada onları ittiham edə bilərik. Deyə bilərik ki, onlar da Avropa İttifaqına üzv dövlətlərin, yaxud Fransanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər və Azərbaycana konkret məqsədlə gəlirlər. Qanuna bu şəkildə düzəlişlər təqdim etmək düzgün deyil. Azərbaycan və Latviya arasında çox müsbət istiqamətdə əlaqələr var. Buna görə də Latviya Seymi və Seymin komissiyalarının rəhbərləri bu kimi məsələlərə daha ciddi yanaşmalıdırlar. Azərbaycan vətəndaşlarının Latviyaya səfərinə nəzarətin sərtləşdirilməsi üçün qanunvericiliyə təklif olunan düzəlişlər qəbuledilməzdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri