Icma.az
close
up
RU
Kommunal xərcləriniz 50% azala bilər: Enerji pasportunun gətirəcəyi imkanlar Kaspi nin TƏHLİLİ

Kommunal xərcləriniz 50% azala bilər: Enerji pasportunun gətirəcəyi imkanlar Kaspi nin TƏHLİLİ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq. Bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna təklif edilən yeni - 17.3-cü maddədə əksini tapıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ən böyük paya malik ev təsərrüfatlarıdır"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradovun sözlərinə görə, hazırda enerji sərfiyyatının böyük həcmi yaşayış binalarının üzərinə düşür:

"Enerji səmərəliliyi hazırda ən aktual problemdir. Sənayenin inkişafı, insanların gündəlik həyatında olan tələbatları enerji istehlakını hər gün artırır. Əvvəlki kimi bir mənzildə bir televizor, soyuducu olan dövr deyil. Bu səbəblərdən də ənənəvi enerji mənbələri sürətlə tükənir. İstehlak olunan enerjiyə nəzarət etmək, eyni zamanda ekosistemə dəyən zərəri minimuma endirmək üçün enerjiyə qənaət etməliyik. Yüksək sıxlıqlı yaşayışın olduğu şəhərlərdə binalarda enerji istehlakı istixana qazı emissiyalarının yaranmasına səbəb olur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, binaların istismarı zamanı istehlak olunan enerji ümumi istehlakın 30 faizinə bərabərdir. Enerji əsaslı karbon emissiyası 26 faiz təşkil edir. Buraya binanın istismarı zamanı istifadə olunan elektrik və istilik enerjisinin istehsalından yaranan emissiyalar da aiddir. Ölkəmizdə də enerji istehlakında ən böyük paya malik ev təsərrüfatlarıdır. Ən çox istehlak olunan enerji resursu təbii qazdır".

"Enerji səmərəliliyi tələb kimi qoyulacaq"

Deputat bildirib ki, bundan sonra inşa olunacaq binalarda enerji səmərəliliyi tələb kimi qoyulacaq:

"Binada enerji effektivliyini təmin etmək üçün layihələndirmə zamanı istehlak göstəricisini hesablamaq lazımdır. Bina tikilmədən öncə hesablamalar nəticəsində enerjiyə qənaət etmək, karbon emissiyasını minimuma endirmək mümkündür. Tarixi mədəniyyət abidələrində bunu etmək olmaz, çünki onlar toxunulmazdır. Köhnə binalarda da mümkün deyil, çünki infrastruktur artıq var və onu sökmək mümkün deyil. Utilizasiyaya gedən binaların yerində yenisi tikiləndə isə bütün bunlar nəzərə alınacaq. Dövlətin tikdiyi binalarda enerji effektivliyinə riayət olunur. Amma özəl şirkətlərin tikdiyi binalar da artıq qanun qəbulundan sonra standartlara cavab verməlidir. Bu, tələb kimi tikilən binaların qarşısına qoyulacaq. Enerji effektivliyi materiala, kommunikasiya sistemlərinə bağlıdır. Yaşayış olan binalarda da insanlar buna maraq göstərsələr, idarəedicilərinə müraciət edərək kommunikasiya xətlərini dəyişə, binanın fasadını izolyasiya edə bilərlər".

Enerji pasportu necə veriləcək?

R.Muradov enerji pasportunun necə veriləcəyinə də aydınlıq gətirib:

"Binanın enerji effektivliyini də müəyyən edən enerji pasportudur. Bu pasport həmin binanın enerji, eyni zamanda, istilik texnikasının müvafiq normalarla təyin edilmiş göstəricilərin uyğunluğunu təsdiq edən sənəddir. Pasportlaşdırma enerji effektivliyini izləməyə, həm də ölkə üzrə enerji səmərəliliyi strategiyası və ona uyğun tədbirlərin müəyyən edilməsinə kömək edəcək. Binanın mülkiyyətçisi və idarəçisinin müraciəti əsasında enerji effektivliyi pasportu təqdim olunur. Pasportda həmin binada enerji effektivliyinin təmin olunması, orada görülən işlər hər biri öz əksini tapacaq".

"Dünya ölkələrində illərdir mövcuddur"

Deputatın fikrincə, enerji pasportu dünya ölkələrində illərdir mövcuddur və xeyli səmərəlidir:

"Beynəlxalq təcrübədə bunun iqtisadi xərci olduqca aşağıdır. Pasportlaşdırma qiymətləri bina tipi və sahəsinə əsasən müəyyən edilir. Əgər sahə böyükdürsə, hər kvadrat metrə düşən qiymət aşağı olur. Böyük Britaniyada kvadratmetr artdıqca qiymət aşağı düşür. 100 kvadratmetrə qədər olan evlərdə pasportlaşma qiyməti 10.1 manatdır. 1000 kvadratmetrdə isə 1.32 manatdır. Türkiyədə isə 600 kvadratmetrə qədər olan sahə 1 500 lirədir. Pasportlaşmaya çəkilən xərclər itirilmir. Qiymətlərin aşağı olması nəticəsində istismarda olan bina sakinlərində də pasport əldə etməyə maraq yaranacaq. Enerji effektivliyinə çəkilən xərclər 5-7 ilə geri qayıdacaq".

"Binalar bəzən tikilir, lakin düzgün izolyasiya edilmir"

R.Muradov enerji pasportu və enerji səmərəliliyinin vətəndaşlar üçün yaradacağı imkanlardan da bəhs edib:

"Binalar bəzən tikilir, lakin düzgün izolyasiya edilmir. Yaxud beton üzərindən döşəmə vurulur, alçıpan olur və məsafə qalmır ki, evdə olan enerji istiliyi saxlasın. Divar qalınlığı 40 santimetr olmayan evlərdə enerji səmərəliliyi zəifdir. Evi nə qədər qızdırmağa çalışsanız da, soyuyur. İzolyasiya tədbirləri nəticəsində enerji istehlakını 50 faizə qədər azaltmaq mümkündür. Yəni vətəndaşlar qışda kombi işlətdiyi üçün qaza 100 manat ödəyirlərsə, artıq 50 manat ödəyəcəklər. Nəzərə almalıyıq ki, enerjinin də qiyməti ildən ilə artır. Köhnə binaların əksəriyyətinin enerji effektivliyi çox aşağı səviyyədədir. Bir kvadratmetr ərazinin qızdırılmasına 250 kilovat/saat enerji sərf edilir. Az xərc çəkməklə daha yaxşı istilik əldə etmək mümkün olacaq. Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması gələcəkdə vətəndaşlarımızın həm sağlamlığının, həm həyat keyfiyyətinin yaxşılaşmasına, eyni zamanda, enerjiyə qənaətə, karbon qazının emissiyasının azaldılması nəticəsində iqtisadiyyatımıza töhfə verəcək".

"Əmlak qiymətləri artacaq"

İqtisadçı Xalid Kərimli isə düşünür ki, enerji pasportlaşmasından sonra əmlak qiymətləri arta bilər:

"Enerji pasportu obyektin, evin enerji sərfiyyatını müəyyən edəcək. Enerji itkisini hesablamaq mümkün olacaq. Enerji itkisi daha az olanlara daha yüksək reytinq veriləcək. Avropada 20 ildən artıqdır pasportlaşma mövcuddur. Bizdə isə zərurəti ortaya çıxaran köhnə binalardır. Onlarda enerji itkisi çox olur. Binalarda istifadə olunan material, pəncərələrin kiplənməsi kimi məsələlər xeyli zəifdir. O səbəbdən bu binalarda enerji itkisi olur. Azərbaycan enerji istehlakının 40 faizə yaxını məhz binalardadır. Pasportlaşmanın dövlət büdcəsinə də faydaları olacaq. Enerji xərcləri azalacaq. Enerji pasportları əmlak bazarına da müsbət təsir göstərə bilər. Enerji pasportunda yüksək reytinq olduqda qiyməti də yüksələcək. Çünki insanların evi isitmək üçün xərci az çıxacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see285

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see282

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see204

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see197

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see178

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see155

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see144

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see142

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see142

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see138

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see137

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see134

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see134

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see133

Təhsil işçilərinin rifahı fəaliyyətimizin mərkəzindədir Araz Paşayev

01 Yanvar 2026 23:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri