Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Trampın prezidentliyi Cənubi Qafqaz üçün hansı imkanlar yarada bilər? Kaspi nin TƏHLİLİ

Trampın prezidentliyi Cənubi Qafqaz üçün hansı imkanlar yarada bilər? Kaspi nin TƏHLİLİ

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimdəki nitqi əsasən daxili problemlərə yönəlsə də, orada qlobal təhlükəsizlik və beynəlxalq münasibətlərin gələcəyinə də vurğular var idi. ABŞ-nin yeni dövrdəki strategiyası təbii ki, Azərbaycanın da diqqət mərkəzindədir. Bakı Vaşinqtonla Tramp administrasiyası dövründə səmərəli, qarşılıqlı hörmət və maraqların təmininə əsaslanan əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunun xarakteri və məzmunu da Bakının Ağ Evdən konstruktiv istiqamətlərdəki gözləntilərini ifadə edir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Trampın bəzi sərəncamlarına ümumi baxış

Trampın Oval kabinetdəki kürsüsünə əyləşər-əyləşməz imzaladığı sərəncamlar ABŞ-nin daxili prioritetlərdə müdafiə və təhlükəsizlik siyasətinin güc vasitəsilə həyata keçiriləcəyini vurğulayır. Xüsusilə Meksika kartellərinin xarici terror təşkilatı kimi tanınması, ABŞ-nin cənub sərhədləri boyunca fövqəladə vəziyyət elan edilməsi, sərhədə qoşunların yerləşdirilməsi qərarı sərhəd təhlükəsizliyi planlarında uğurlu nəticə əldə etməyinə hesablanıb. İlk baxışda Trampın sərəncamlarındakı "daxili kataloq" ABŞ-nin öz prioritetlərinə cavab vermək üçün qlobal fəaliyyətini məhdudlaşdıracağı təəssüratları yarada bilərdi. Lakin yeni prezidentin xarici siyasət doktrinasına da xüsusi diqqət yetirəcəyinə dair proqnozlar var. Trampın nitqində ABŞ-nin müttəfiqləri və ya ittifaqlar haqqında heç bir söz yox idi. Amma andiçmədən sonra Trampın ABŞ-ni Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən çıxarmaq barədəki qərarları, Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq barədəki ultimatumu Vaşinqtonun beynəlxalq rəqabət arenasında fərqli siyasət izləyəcəyini söyləməyə əsas verir. Trampın elan etdiyi prioritetlər aşağıdakı kimi təsnifləndirilə bilər:

- ABŞ-nin qlobal fəaliyyəti yenidən nəzərdən keçiriləcək,

- Bununla paralel olaraq, ABŞ-nin beynəlxalq təhlükəsizlik və sabitliyin təminatçısı kimi rol almaq üçün imtiyazları genişləndiriləcək.

Co Baydendən fərqli olaraq...

Donald Trampın ölkəsini strateji güc vitrinində ən önə çıxarmaq planı ABŞ-nin xaricdəki maraqlarının təmini üçün lazım olan maliyyələri məhdudlaşdırmaqla müşayiət oluna bilər. Yəni, demokratlardan, o cümlədən sələfi Co Baydendən fərqli olaraq, cənab Tramp beynəlxalq və regional konyunkturadakı "demokratik" hərəkatlara, "demokrat" dövlət və hökumət başçılarına Ağ Evin təyin etdiyi büdcəni ya dondura, ya da onu əhəmiyyətli şəkildə azalda bilər. Bu, ABŞ-nin beynəlxalq müdafiə siyasətindəki öhdəliklərini azaldacaq bir akt deyil. Sadəcə, Vaşinqtonda düşünürlər ki, izafi xərclərə getmədən də supergüc iddialarının yerinə yetirilməsi mümkündür. ABŞ belə olan halda az məsuliyyətlə daha böyük işlər görməyi qarşıya məqsəd qoya bilər ki, onun bu siyasətinin Cənubi Qafqazdan da yan keçməyəcəyi şübhəsizdir.

Enerji gündəmi Azərbaycanın maraqlarına uyğundur

Trampın Panama kanalını geri alacağına dair vədi, strateji dəyərinə görə Qrenlandiyaya olan marağı Azərbaycana prioritetlərindəki vurğuları ABŞ-yə rahat izah etmək imkanları qazandırır. Bu mənada, Azərbaycan lideri İlham Əliyevin Donald Trampa məktubu Cənubi Qafqazın sülh və təhlükəsizlik naminə fərqli şəkildə yenidən qurulmasında ABŞ-nin faydalı iştirak perspektivinin qiymətləndirilməsidir.

Tramp administrasiyası artıq milli enerji fövqəladə vəziyyəti elan edərək, daxili və xarici siyasətinin əsası kimi "enerji üstünlüyünü" vurğulayıb. Bu, o iddiaya əsaslanır ki, enerji təhlükəsizliyi qlobal rəqabətin getdikcə daha vacib bir elementinə çevrilir. Trampın enerji gündəmi Azərbaycanın maraqları ilə uyğundur. Çünki Azərbaycanın Cənub Qaz Dəhlizi kimi transregional enerji təşəbbüslərindəki rolu ABŞ üçün hədsiz qiymətlidir. Bunları nəzərə alaraq, Azərbaycan Cənubi Qafqazda 2025-ci ildə geosiyasi təsir imkanlarını genişləndirəcək addımlara ABŞ-nin maraqlarının inteqrasiyasını hədəfləmiş kimi görünür. Azərbaycan onun da analizini aparır ki, Cənubi Qafqaz regionunda ABŞ-nin yeri Vaşinqtonun Rusiya, Çin və İranla əlaqələrinin necə olacağından asılı ola bilər. Böyük ehtimalla İlham Əliyevin ABŞ rəsmiləri ilə gələcək təmasları zamanı bu amil nəzərə alınacaq. Cənubi Qafqaz səhnəsindəki enerji siyasəti ilə yanaşı, Zəngəzur dəhlizi layihəsi Azərbaycan-ABŞ münasibətlərini yeniləyən təsirli amil ola bilər. Bu mənada ABŞ-nin gündəliyində Bayden administrasiyası dövründəkinin əksinə olaraq, Ermənistanın yeri ən aşağı səflərə doğru düşə bilər. Üstəlik, Azərbaycan Trampın yanaşmalarından onu da proqnozlaşdırır ki, Ağ Ev növbəti dörd ildə Cənubi Qafqazda Rusiya ilə məsafəli davranacaq. Bütün bunlar rəsmi Bakı üçün əlavə imkanlar yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri