Icma.az
close
up
RU
Kommunal xidmətlərlə bağlı VACİB XƏBƏR

Kommunal xidmətlərlə bağlı VACİB XƏBƏR

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tutur. Ona görə də, bu xərclərin artımı daim maraq doğuran mövzulardan biri olur.

Bəs ölkədə kommunal xidmətlərin qiymətləri artacaqmı? Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bildirib ki, kommunal xidmətlər sonuncu dəfə 2 yanvar 2025-ci ildə Tarif Şurasının qərarına uyğun olaraq artırılıb. Yəni hal-hazırda bilirsiniz ki, aprel ayındayıq və hər hansı bir artım barədə məlumatımız yoxdur. Düşünürəm ki, bu proses hər zaman ilin sonunda və ya əvvəlində aktuallaşır. Mövcud xidmətlər üzrə çəkilən xərclərə uyğun olaraq əgər kommunal xərclərin artımı baş verirsə, onun bölgüsü və vətəndaşlara düşən hər xidmət üzrə paylarda müvafiq dəyişikliklərin edilməsi Tarif Şurasının qərarından sonra qüvvəyə minir. Bu istiqamətdə hər hansı bir yeniliyin, artımın olacağı barədə bir anons və yaxud da məlumat təqdim olunmayıb.

Həmsöhbətimizin fikrinə görə, ilk növbədə kommunal xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq daha vacibdir.  Çünki hal-hazırda istər ümumi Bakıda istərsə də ayrı mənzil kommunal təsərrüfatlarında və yeni tikililər inşa edən MTK - MMC-lərdə hər hansı bir xidmət haqqının dəyişilməsi zərurətini görmürük. Düşünürəm ki, bütün hallarda ilk növbədə müasir dünya standartlarına uyğun şəkildə kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Son günlər yağan yağış həcminin qarşısında bir sıra kommunal xidmətlərin dayanıqlı, keyfiyyətli xidmət ortaya qoya bilməməsi bu istiqamətdə müvafiq qərarların qəbulunu zəruri edir.

"Köhnəlmiş, istismar müddəti keçmiş xətlərin yeniləri ilə əvəz olunması, habelə müasir standartlara cavab verməsinin təmin edilməsi və bu xidmətlərdən bütün ölkə əhalisinin, xüsusilə də Bakı şəhər əhalisinin istifadə etməsinin təmin olunması daha ciddi məsələlərdir nəinki bu xidmətlərin qiymətlərinin artırılması. Çünki keyfiyyəti yüksəltmədən xidmətlərin qiymətində olan artım böyük sosial narazılığa səbəb ola bilər. Bu da arzuolunan məsələ deyil", - deyə sədr qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Aprel 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri