Icma.az
close
up
RU
Kompleks dövlət strategiyası ŞƏRH

Kompleks dövlət strategiyası ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Su təhlükəsizliyi müasir dövrdə dövlətlərin sosial-iqtisadi dayanıqlığını və milli təhlükəsizliyini müəyyən edən əsas amillərdəndir. Su resurslarının daha planlı və məsuliyyətli idarə olunması istiqamətində davamlı addımlar atılir ki, bu da mövcud problemin dərinliyindən xəbər verir. Azərbaycan bu çağırışlara cavab olaraq son illər su təsərrüfatı sahəsində ardıcıl və strateji addımlar atıb. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə bir sıra aspektlərdən əhəmiyyətlidir. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadası üçün həyati əhəmiyyət daşıyan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları və prioritetləri müəyyənləşdirildi. Bu proqram təkcə infrastruktur layihəsi deyil, uzunmüddətli su təhlükəsizliyini təmin edən kompleks dövlət strategiyasıdır.

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə bir daha göstərdi ki, su məsələsi Azərbaycan üçün təkcə kommunal xidmət deyil, milli təhlükəsizlik, sosial rifah və dayanıqlı inkişaf məsələsidir.

Son 20 ildə ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində əsas həyati problemlər sistemli şəkildə öz həllini tapıb. Elektrik enerjisi sahəsində generasiya güclərinin yaradılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistemə salınması Azərbaycanın enerji təhlükəsizliyini tam təmin edib və ölkəmizi ixracatçıya çevirib. Qazlaşma səviyyəsinin 96 faizə çatdırılması isə sosial infrastrukturun ən mühüm nailiyyətlərindən biridir. Avtomobil yollarının, körpülərin, tunellərin inşası, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan kompleks infrastruktur quruculuğu Azərbaycanın vahid iqtisadi və nəqliyyat məkanını möhkəmləndirib.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Ermənistanın işğal dövründə su resurslarından silah kimi istifadə etməsi, “Sərsəng” və “Suqovuşan” su anbarları vasitəsilə həyata keçirilən su terroru Azərbaycan kənd təsərrüfatına və əhalinin yaşayışına ciddi zərər vurmuşdu. Bu gün isə azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir. “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” su anbarlarının yenidən qurulması, “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin planlaşdırılması Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı yaşayış məkanına çevrilməsinə xidmət edir.

Su mənbələrinin təxminən dörddəbirinin vaxtilə işğal altında olan ərazilərdə formalaşması azadlıqdan sonra Azərbaycanın su təhlükəsizliyini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çaylardan asılılıq məsələsi də iqlim dəyişiklikləri fonunda xüsusi həssaslıq tələb edir. Qlobal miqyasda su qıtlığı və iqlim risklərinin artdığı bir dövrdə Azərbaycanın su siyasəti qabaqlayıcı və uzunmüddətli planlama üzərində qurulur.

Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40–45 faizdən kəskin şəkildə azaldılması əsas prioritetlərdən biridir. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması, Bakının 30 küçəsində yağış sularının idarə olunması üçün yeni kollektor şəbəkələrinin qurulması şəhər infrastrukturunun dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq.

Xəzər dənizinin qorunması da proqramın mühüm tərkib hissəsidir. Dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək. Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun inşası isə alternativ su mənbələrinin yaradılması baxımından strateji yenilikdir və bu layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi iqtisadi səmərəliliyi artırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su siyasəti göstərir ki, Azərbaycan gələcək riskləri qabaqcadan hesablayan, resurslarını qoruyan və əhalinin rifahını uzunmüddətli perspektivdə təmin edən dövlət modelini formalaşdırıb. 2026–2035-ci illər üçün Dövlət Proqramı bu yanaşmanın məntiqi davamı olmaqla, su təhlükəsizliyini ölkənin strateji inkişaf gündəliyinin mərkəzinə yerləşdirir.

Mətanət Səfərli

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri