Icma.az
close
up
RU
Kompleksləri necə aşmalı? MƏSLƏHƏT

Kompleksləri necə aşmalı? MƏSLƏHƏT

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Nizami Orucov: "Komplekslərlə mübarizə aparmağın yeganə üsulu özümüzü dəyişdirməkdir"

Kaspi.az xəbər verir ki, hər bir insanın daxilində bəzi hallarda onun uğur qazanması üçün ona mane olan sədlər olur. Burada özünəinam daha çox rol oynayır. Biz özümüzə daha çox inana bilsək, daha çox uğur qazana bilərik. Bizə mane olan "qüvvəyə" kompleks deyilir. Komplekslərimiz bizi cəmiyyətdən ayırır, insanlarla ünsiyyətimizə əngəl törədir. Əgər  kompleksləri aşa bilməsək, uğur əldə etməyimiz də çətin olar. Amma çox adamı - xüsusilə gəncləri bu sual düşündürür: Komplekslərimizi necə aşaq? Elə bu sual ətrafında psixoloq Nizami Orucovla danışdıq.

Müsahibimiz deyir ki, ilk olaraq komplekslərin yaranma səbəblərini aydınlaşdırmaq lazımdır: "Bəzən bizə elə gəlir ki, ətrafdakıların xoşuna gəlmirik, gördüyümüz iş rəhbərliyi qane etmir, yaxud əks cinsin nümayəndələri bizi xarici görünüşümüzə görə bəyənmirlər. Hətta bəzən  elə gəlir ki, dostlarımız arxamızca danışırlar. Burda əsas sözün nədən ibarət olduğuna diqqət yetirdiniz? Bəli, əsas söz "ELƏ GƏLİR"di. Təbii ki, bu düşüncələrin başqa real səbəbləri də ola bilər, lakin bir çox hallarda onları yaradan məhz daxilimizdəki komplekslərdir. Bu kompleksləri aşa bilməyimiz üçün biz səy göstərməliyik. Özünü aşağı qiymətləndirmə, hər şeydən şübhələnmək, özünə inamsızlıq - məhz bu keyfiyyətlər komplekslərin yaranması üçün şərait yaradırlar, bunun da səbəbkarı özümüzük. Komplekslərlə mübarizə aparmağın yeganə üsulu özümüzü dəyişdirməkdir".

Psixoloq bildirir ki, hər kəs özünə belə bir sual verməlidir: Bu həyatda həm zahiri görünüşü, həm karyerası, həm ailə həyatı, həm dostları ideal olan bir insan var? Müsahibimiz deyir ki, elə "bəxtəvər"i tapmaq çətin məsələdir: "Hər bir insanın hansısa çatışmazlıqları var. Və insanların bir qismi çatışmazlıqlara fikir vermədikləri halda, digərləri ancaq bu problemlər haqqında düşünürlər. Bununla kifayətlənməyərək, ətrafdakı insanların da diqqətini öz zəif tərəflərinə yönəltməyə çalışırlar. Buna görə də, səmimi şəkildə özümüzə etiraf etməliyik: "Təkcə mən belə deyiləm, çatışmazlıqlar, nöqsanlar hər bir insanda var və bu normal haldır". Bunu etiraf və dərk etmək insana rahatlıq və güc verəcək".

"Komplekslərə qalib gəlmək yolunda əsas addımlardan biri məhz qorxudan azad olmaqdan keçir"  deyən psixoloq, ən əsası da "ictimai düşüncə" qorxusundan danışdı: "Məgər, biz bütün həyatımızı "başqaları nə düşünəcək" fikri ilə yaşamalı, hər bir addımımızı buna görə atmalıyıq? Təbii ki, yox! İstənilən halda, özünüzü ifadə etməkdən çəkinməyin, səhv etməkdən qorxmayın. Ətrafdakı hər kəsin xoşuna gəlməyə çalışmayın, bu mümkünsüz bir şeydir! Məhz bunlara riayət etməyə başladığınız andan etibarən, komplekslərin ağır yükündən azad olmağa başladığınızı hiss edəcəksiniz. Özünüzə inanın. "Mən bacarıram, məndə hər şey alınacaq!"  bu şüar həyat fəlsəfənizə çevrilməlidir. Özünüzə bu həyatda hər şeyin mümkün olduğunu aşılayın. Həmçinin, öz həyatınızdan "məni sevmirlər", "məni başa düşmürlər", "mənə qiymət verən yoxdur" və s. sözləri çıxarın. Fəal şəkildə hərəkət etmək lazımdır. Özünüzə kömək etmək üçün psixoloqa müraciət edə bilər, həmçinin müxtəlif treninqlərdə iştirak edə bilərsiniz".

N.Orucov deyir ki, yaxın insanlarınızdan birinci mənfi, sonra isə müsbət cəhətlərinizi sadalamaqlarını xahiş edin: "Sizi əmin edirəm ki, özünüz də nə qədər çoxlu müsbət cəhətlərə malik olduğunuzu, eyni zamanda, ətrafdakı insanların gözündə heç də düşündüyünüz kimi "mənfi" görünmədiyinizi biləcəksiniz. Həyatı sevmək lazımdır. Həyat çox gözəldir! Bunu əsla unutmayın! Hər açılan sabaha təbəssüm edin. Ətrafdakı insanları gülümsəyərək qarşılayın. Güzgünün qarşısına keçin. Oradan sizə baxan insana gülümsəyin! Unutmayın, həyat, zaman çox sürətlə keçir! Bu gözəl həyatı kədərə, dərdə xərcləməyə dəyməz. Komplekslərlə mübarizə asan və xoş hisslərlə dolu olmalıdır, belə olan halda, bütün pis anların və hisslərin həyatınızdan çıxıb getdiyini hiss edəcəksiniz".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri