Kompüteri xərcsiz sürətləndirməyin YOLU
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Windows” əməliyyat sistemi ilə işləyən kompüterin performansını artırmaq üçün əlavə proqramlara ehtiyac yoxdur. “MakeUseOf” nəşri bunun üçün bir neçə sadə ayarın kifayət etdiyini bildirib.
Lent.az xəbər verir ki, mütəxəssislər ilk növbədə sistemin "Quraşdırılmış tətbiqlər" bölməsini açaraq istifadə olunmayan və əvvəlcədən quraşdırılmış proqramları silməyi tövsiyə edirlər. Bu, yaddaşı boşaldır və sistemə düşən yükü azaldır.
Bundan sonra "Məxfilik və təhlükəsizlik" bölməsində yerləşən "Tövsiyələr və təkliflər" menyusuna daxil olaraq aşağıdakı funksiyaların söndürülməsi məsləhət görülür:
Fərdiləşdirilmiş təkliflər;
Reklam identifikatoru;
Axtarış və "Başlat" menyusunun nəticələrinin təkmilləşdirilməsi;
Parametrlərdə bildirişlərin göstərilməsi;
Parametrlərdə tövsiyə və təkliflərin göstərilməsi.
Nəşr həmçinin avtomatik işə düşən proqramların sayını azaltmağı məsləhət görür. Bunun üçün "Avtomatik yüklənmə" (Startup) bölməsində vacib olmayan tətbiqləri söndürmək lazımdır. Bu, “Windows” açılarkən sistem resurslarının boş yerə sərf olunmasının qarşısını alır.
Bundan əlavə, Storage Sense funksiyasını aktivləşdirmək də faydalıdır. Bu funksiya müvəqqəti faylları avtomatik silir və "Səbət"i (Recycle Bin) təmizləyərək yaddaşı optimallaşdırır. Onu "Sistem" → "Yaddaş (Storage)" bölməsində aktiv etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Avqust 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















