Icma.az
close
up
RU
Kondisioner pnevmoniyası: Ciyər çökür, böyrək sıradan çıxır

Kondisioner pnevmoniyası: Ciyər çökür, böyrək sıradan çıxır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Buz kimi otaq, od kimi nəticə – kondisioner fəlakət saçır”


“İsti havalarda kondisioneri xilaskar hesab edənlər yanılır. Bu müvəqqəti sərinlik insanları yanıldır. Əslində isə kondisionerin ziyanı faydasından daha çoxdur”. 


Bu sözləri Sherg.az-a açıqlamasında terapevt Şahvələd Məmmədov söylədi. 


Həkim bildirdi ki, yay mövsümündə insanlar sərinlənmək üçün müxtəlif vasitələrdən istifadə edir, ilk sırada isə kondisioner dayanır: 

- Kondisioner qısa müddətli sərinlik verir, amma fəsadları, ziyanı daha ağır olur. Xüsusən, yaşlı insanlar, azyaşlılar, xroniki xəstəlikləri olanlar, səhhətində müəyyən problemləri olanlar kondisionerdən uzaq dayanmalıdır. Ümumiyyətlə, kondisioner hamıya ziyandır. Bu süni sərinlik qurğusu ağ ciyərləri sıradan çıxara bilər. Buna tibdə “kondisioner pnevmoniyası” deyilir. Bu, pnevmaniyanın ağır forması hesab edilir. Gah qızdırma, gah da üşütmə ilə müşayiət olunur, öskürək, əzginlik, təngnəfəsliklə müşayiət olunur. Ciyərlər soyuqlayır, böyrək ağrıları əmələ gəlir. Yuxarı tənəffüs yollarının iltihabı yaranır. Ona görə də uzun müddət kondisionerin havası altında uzanmaq, yuxulamaq, soyuq otaqda əyləşmək, gün ərzində kondisioner havasını udmaq sağlamlığa ağır zərbə vurur. Normal otaq temperaturu 22-24 dərəcədir. Bundan aşağı temperatur artıq ziyandır. Uşaqları kondisionerli otaqda yatırmaq olmaz. Çalışmaq lazımdır ki, otaq bir balaca sərinləsin, sonra kondisioner söndürülməlidir. Bioloqlar bu fikirdədir ki, kondisioner havadakı aeroionları zərərsizləşdirir. Halbuki müsbətyüklü aeroionlar insan orqanizmi üçün faydalıdır. Lakin kondisioner havası həmin ionları öldürür, nəticədə otaqda faydalı deyil, ziyanlı hava kütlələri artır. Kondisionerin havaya ötürdüyü qaz da orqanizmə ziyandır. Qapalı mühitdə uzun müddət bu cür zərərli qazın təsiri altında qalmaq qətiyyən olmaz. Kondisionerlər vaxtaşırı təmizlənməli, toru yuyulmalıdır. Cihaz işlədikcə toz hissəcikləri ora toplaşır, ötürülən hava vasitəsilə təkrar nəfəs yollarına daxil olur. Tənəffüs yolları bununla çirklənir. Müxtəlif bakteriyalar, mikroblar ora toplaşa bilər, sonra da tənəffüs zamanı daxili orqanlara düşər. Ən yaxşı sərinlik vasitəsi otağın havasını mütəmadi dəyişmək, havanın serkulyasiyasını təmin etməkdir. Doğrudur, indi təmiz hava “fabriki” ağaclar azalıb, ötən əsrdəki kimi şəhərdə sərin, küləkli havalar az-az olur, amma yenə də insanlar özlərini ziyandan sığortalamağı bacarmalıdır. Birincisi, isti havalarda zərurət olmadan evdən çıxmasınlar, günəş şüalarının birbaşa təsiri altında qalmasınlar, sakit, həyəcansız hərəkət etsinlər.  Sərin içkilər (qazlı, şirin yox) – süd məhsulları, ayran və sair, qəbul etsinlər, yüngül yeməklərə, sintetik deyil, təbii parçalardan geyimlərə üstünlük versinlər. Belədə özlərini daha rahat hiss edəcəklər. İstidirsə, sərin bir kölgəliyə çəkilmək olar, nəm dəsmalla üzü, boyunu silmək, sərinlənmək olar. Duş qəbul etmək də insanı sərinlədir.       

Mütəxəssislər hesab edir ki, kondisionerlərin həm sağlamlığa, həm də cibə ziyanını minimuma endirmək üçün cihaz evin ölçülərinə uyğun olmalıdır. Kiçik mənzillərdə böyük ölçülü kondisionerlər fəlakət deməkdir. Kondisionerin otaqda hansı tərəfdə quraşdırılması da önəmlidir. Elə bir yer seçilməlidir ki, əyləşənlərin birbaş üzərinə hava vurmasın. Kondisionerin baxımı da çox önəmlidir. Cihaz mütəmadi yoxlanmalı, təmizlənməlidir. Kondisioneri 24 saat ərzində fasiləsiz işlətmək olmaz. Mütləq fasiləli iş rejiminə qoyulmalı, kondisioneri söndürüb otağın havasını dəyişmək lazımdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri