Icma.az
close
up
RU
Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir

Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çüfu, 10 iyul, AZƏRTAC

Çinin Şandon əyalətinin Çüfu şəhərində 11-ci Nişan Dünya Sivilizasiyalar Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, adını Çüfu şəhərətrafındakı Nişan dağından götürən foruma dünyanın 70 ölkəsindən dövlət rəsmiləri, alimlər, mədəniyyət xadimləri, diplomatlar, tədqiqatçılar, jurnalistlər, ümumilikdə 600-ə yaxın qonaq qatılıb.

Çinin Mədəniyyət və Turizm Nazirliyinin, Çin İctimai Elmlər Akademiyasının, Beynəlxalq Konfutsi Assosiasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkil etdiyi tədbir “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir. “Müxtəliflikdə gözəllik: Qlobal modernləşmə üçün sivilizasiyalar arasında anlaşmanın inkişafı” mövzusunda keçirilən builki forumda 6 əsas mövzu üzrə, o cümlədən sivilizasiyaların mənşəyi və onların gələcək inkişafı, qlobal müasirləşmə prosesində qarşılıqlı inkişafın təşviqi, süni intellektin inkişafı və onun sivilizasiyaya təsiri mövzularında müzakirələr aparılır. İki gün davam edəcək forum çərçivəsində dəyirmi masalar, seminarlar, təqdimatlar təşkil olunur.

Qeyd edək ki, forumun Çüfu şəhərində keçirilməsi rəmzi məna daşıyır. Çünki məhz Çüfu Çin filosofu və mütəfəkkiri Konfutsinin vətəni hesab olunur. Nişan Dünya Sivilizasiyalar Forumu 2010-cu ildən bəri Çüfu şəhərində təşkil olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çüfu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 05:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see327

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see194

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see152

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see144

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see139

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see125

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see118

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see118

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri