“Konkret cavab verəcəm, birinci və sonuncu dəfə danışacağam” NANƏ İLK DƏFƏ ŞƏXSİ HƏYATINDAN DANIŞDI
Shownews saytına istinadən Icma.az xəbər verir.
Aparıcı Nanə Ağamalıyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bu barədə “7 Tamam” verilişində danışıb. O deyib ki, hazırda həyatında kimsə yoxdur:
“Şəxsi həyatımla bağlı danışmıram, paylaşım etmirəm. Mənim qısqanclığımdan irəli gəlir ki, mənə aid olan məqamları tək yaşayım. Bilirəm ki, bu sualın cavabı maraqlıdır. Konkret cavab verəcəm və birinci, sonuncu dəfə danışacağam. Elə bir şey yoxdur. Aydın məsələdir ki, uzun illərdir televiziyadayıq. Normaldır, insan hər zaman tamaşaçı qarşısında sevgidən, məhəbbətdən danışırsa, bu, aşıb-daşır deməkdir. Həyatda ən çox qiymət verdiyim duyğu məhəbbətdir. Ondan gözəl, dəyərli, ikinci bir duyğu tanımırm. Bizi də yaşadan duyğu odur. Sevgi mənim üçün Yaşar Nuri Gültekinin dediyi kimidir. Sevmə ehtimalıma yaşayıram, sevsəm, belə sevərdim... Bu, həmişə yaddaşımda yaşadığım bir duyğudur. Lakin bunu yaşayacağım, bölüşəcəyim insan həyatımda yoxdur”.
Baxış sayı:110
Bu xəbər 13 Fevral 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















