Konor Makqreqor yenidən DÖYÜŞƏCƏK
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İki divizionlu keçmiş "Ultimate Fighting Championship" (UFC) çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edildikdən sonra idmana qayıtdığını rəsmi olaraq elan edib.
Moderator.az xəbər verir ki, bu barədə döyüşçü "Instagram" hesabında məlumat yayıb.
"Şayiələr doğrudur! Cənab Confident döyüşü xilas etmək üçün geri qayıdıb", - deyə o yazıb.
Qeyd edək ki, 37 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində 22-6 hesabı ilə rekorda malikdir. O, əvvəllər yüngül çəkidə UFC çempionluq kəmərlərinə sahib olub. 2024-cü ildə üç dəfə dopinq testlərindən keçə bilməyib. Makqreqorun hərəkətləri qayda pozuntusu hesab edilib və 20 mart 2026-cı ilə qədər 18 ay müddətinə diskvalifikasiya edilib. Belə bir qayda pozuntusu üçün standart olaraq yarışlardan kənarlaşdırılma iki ildir, lakin Makqreqorun cəzası bir sıra yüngülləşdirici hallara görə azaldılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Mart 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















