Icma.az
close
up
RU
Konqo küçələrində səfalətə məhkum edilmiş uşaqlar

Konqo küçələrində səfalətə məhkum edilmiş uşaqlar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 may, AZƏRTAC

Konqonun paytaxtı Kinşasada 30 minə yaxın uşaq yoxsulluq içində yaşayır, ailələri tərəfindən tərk edilmiş bu azyaşlılar döyülmə və sektaların qurbanına çevriliblər. Bir çoxları “kuluna” - oğurluq edən, öldürən və zorlayan dəstələrin üzvləri olur, çünki onlar bu əməlləri həyatda qalmaq üçün öyrəniblər.

AZƏRTAC xəbər verir ki, ordunun M-23 partizan dəstəsinə qarşı döyüşdüyü Konqo Demokratik Respublikasının (KDR) şərqində baş verən silahlı münaqişə küçələrdə yaşayan sahibsiz uşaqların sayının artmasına səbəb olub. İspaniyanın ABC qəzeti xəbər verir ki, onların bir çoxunun həyatı qaçqın düşərgələrində başlayıb və 20 milyona yaxın əhalisi olan paytaxt Kinşasa kimi böyük şəhərlərdə başa çatıb.

Yetərincə real rəqəm olmayan bəzi hesablamalara görə, 30 mindən çox uşaq Kinşasa küçələrində, on minlərlə isə şəhərin digər yerlərində yaşayır. “InteRed” qeyri-hökumət təşkilatının məlumatına görə, onların demək olar ki, 70 faizi 12-18 yaş arasındadır, 26-48 faizi isə qızlardır. Bu azyaşlıların küçələrə çıxmasının səbəbləri zorakılıqdan (65 faiz) dostların təsirinə (45 faiz), yoxsulluqdan (44 faiz) cadugərlik ittihamlarına (41 faiz) qədər müxtəlifdir.

Daha bir mühüm statistika isə Dünya Bankının məlumatıdır. Burada bildirilir ki, keçən il Konqoda gənclər arasında işsizlik səviyyəsi 42 faizə çatıb. Əhalinin 50,83 faizini 15-64 yaş arasında olanlar təşkil edir. Ölkədə gözlənilən ömür uzunluğu nisbətən aşağıdır - təxminən 59 il. Xüsusən qızların təhsilə çıxışı problemdir.

Kinşasada ölkənin ən böyük uşaq evi olan Mama Kokoda 400-dən çox uşaq var. Onların bir çoxunun ciddi əlilliyi var, damğalanıb (fərd və ya qrup insana müəyyən psixoloji, fiziki, intellektual və ya digər xüsusiyyətlərə görə mənfi münasibətin formalaşması) və son nəticədə ailələri tərəfindən tərk edilib. Şöbələrin birində köhnə dəmir çarpayılarda bir-iki yaşlı uşaqlar, hətta xəstə körpələr də var.

Bu gün həmin azyaşlıların əksəriyyəti Konqo Demokratik Respublikasında “kuluna” kimi tanınan uşaqlara çevrilir. Yəni, bu uşaqlar kriminal dəstənin üzvü olur, onlar zorlayır, öldürür, hədələyir və oğurlayırlar, çünki bunu çox vaxt keçirdikləri küçələrdə, körpülərdə, tunellərdə və bazarlarda öyrəniblər.

Bütün bunlara sektaların yayılması və əhalinin cadugərliyə inanması da əlavə olunur ki, buna görə də bəzi ailələrdə müəyyən problemlərin övladlardan birindən qaynaqlanması qənaəti hasil olur və nəticədə uşaq evdən qovulur.

“Karibu” assosiasiyasının icraçı direktoru və konqolu insan haqları müdafiəçisi Nikolas Ndonqala görə, Konqo küçələrində yaşayan minlərlə uşağın dəhşətli reallığı ölkənin yaşadığı dərin humanitar böhranı əks etdirir. Əksəriyyəti yetim və ya dağılmış ailələrdən olan bu uşaqlar onların gündəlik həyatının bir hissəsinə çevrilmiş zorakılıq, qəddarlıq, pul müqabilində seks və istismar şəraitində yaşamağa məcburdurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri