Konqo millisi mundiala vəsiqə qazansa, yığma üzvləri milyoner olacaq
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Konqo Futbol Federasiyası millinin gələn il keçiriləcək dünya çempionatına vəsiqə qazanacağı təqdirdə hər bir oyunçuya 1 milyon dollar mükafat verəcək. Sport24.az xəbər verir ki, bu barədə "Sport News Africa" məlumat yayıb.
Konqolular 2026-cı il dünya çempionatının seçmə mərhələsinin yarımfinalında Kamerunla qarşılaşacaqlar. Oyun noyabrın 13-də keçiriləcək. Qalib gəlsələr, komanda həlledici qarşılaşmada Nigeriya-Qabon matçının qalibi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Konqo millisi dünya çempionatının final mərhələsində ilk dəfə 1974-cü ildə iştirak edib. O vaxt Zair adlanan ölkə 3 oyunda xal qazanmayıb, qol fərqi isə 0-14 olub. Konqo seçmə mərhələdə öz qrupunda Tunisdən sonra ikinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Noyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















