Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000 i ötüb
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 000-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir.
Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib.
Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə, xəstəlikdən ölüm göstəricisi 48,4 faiz təşkil edib. Ümumilikdə 1 671 xəstə sağalıb.
Epidemiya artıq yeddi əyalətdə 62 səhiyyə zonasını əhatə edib. Yerli hakimiyyət orqanlarının cümə axşamı bildirdiyinə görə, Sud-Ubangi əyaləti burada Ebola virusuna yoluxma halının təsdiqlənməsindən sonra epidemiyanın yayıldığı ərazilər sırasına daxil olub. Cənubi Kivu əyalətinə səfər etmiş 23 yaşlı kişi xəstəlikdən ölüb.
Sud-Ubangi daha əvvəl Ebola hallarının təsdiqləndiyi altı əyalətin heç biri ilə həmsərhəd deyil. Bunlar İturi, Şimali Kivu, Cənubi Kivu, Yuxarı Uele, Tşopo və Aşağı Uele əyalətləridir.
May ayında elan edilən hazırkı epidemiya Konqo tarixində ən böyük və ən ölümcül Ebola epidemiyasına, dünyada isə 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş epidemiyadan sonra ikinci ən böyük epidemiyaya çevrilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 Sentyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















